Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 17:22

Ordu... İməciliyə hazır ol


Foto arxiv

-

Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir. İməcilik mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə aparılır.

Bu haqda nazirliyin saytında məlumat verilib.

Məlumatda deyilir ki, şəxsi heyət Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək.

Hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcək.

XS
SM
MD
LG