Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:22

31 Azərbaycan sülhməramlısı Bakıya qayıdıb


Azərbaycan sülhməramlıları
Azərbaycan sülhməramlıları

-

Mayın 1-də Azərbaycan Silahlı Qüvvələrinin 31 nəfərlik qrupu rotasiya qaydasında Bakıya qayıdıb.

Onlar NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstanda keçirdiyi yeni «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstəriblər.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan sülhməramlıları Əfqanıstanda 2002-ci ildən fəaliyyət göstərir.

XS
SM
MD
LG