Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

Şiəməzhəb husilər Yəmən sərhədində Səudiyyə qüvvələri ilə toqquşublar


Toqquşmalar husilərin sərhəddəki Nəcran postuna hücumundan sonra baş verib. Husilər geri oturdulsalar da, üç Səudiyyə hərbçisi həlak olub.

Riyaddan alınan xəbərlərdə deyilir ki, Yəmən-Səudiyyə Ərəbistanı sərhədində Səudiyyə qüvvələri ilə toqquşmalarda onlarca şiəməzhəb husi qiyamçısı öldürülüb.

Toqquşmalar husilərin sərhəddəki Nəcran postuna hücumundan sonra baş verib. Husilər geri oturdulsalar da, üç Səudiyyə hərbçisi həlak olub.

İran tərəfindən dəstəklənən husi qiyamçıları Ədən yaxınlığındakı Xor Maksar məntəqəsini tanklardan və pulemyotlardan atəşə tutublar.

Bu arada Səudiyyə Ərəbistanının Yəmən boyunca husi mövqelərinə havadan raket zərbələri davam edir.

Səudiyyə qırıcıları İran təyyarələrinin yardım gətirməsini önləmək üçün Sana hava limanını raket atəşinə tutublar.

Xəbər verilir ki, Yəmənin şərqində sünni silahlı qruplaşmalarının cəmləşməsi başlayıb.

XS
SM
MD
LG