Suriyanın Deyr Əzzor əyalətində silah anbarının partlaması nəticəsində 25 İD döyüşçüsü həlak olub.
Bu barədə məlumatı Suriya İnsan Haqları Müşahidə Qrupu verib.
Partlayan anbar Əl-Məyadin məntəqəsində olub.
Partlayışın hücum və ya təsadüf nəticəsində baş verdiyi bilinmir.
Deyr-Əzzor əyalətinin əksər əraziləri İD-in nəzarətindədir.
Qrup xəbər verir ki, partlayış nəticəsində həmçinin 20 cihadçı yaralanıb.
Bu arada ifrat islamçı qruplaşma İsraillə-Suriya arasındakı Qolan yüksəkliyində keçid məntəqələrindən birini zəbt edib.
Xəbər verilir ki, Küneytra məntəqəsini Əhrar əş-Şam qruplaşmasının döyüşçüləri tutublar.
Bu qruplaşma həm Assad, həm də başqa qiyamçı qüvvələrə qarşı döyüşür.