Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:07

Yaponiya baş naziri müharibəyə görə ABŞ-a “peşmançılığını ifadə etdi”


Yaponiyanın baş naziri Shinzo Abe Yaponiyanın İkinci Dünya Müharibəsindəki roluna görə Amerikaya “dərin peşmançılıq” hissini bildirib.

Yaponiyanın baş naziri Shinzo Abe Yaponiyanın İkinci Dünya Müharibəsindəki roluna görə Amerikaya “dərin peşmançılıq” hissini bildirib.

ABŞ Konqresi qarşısında çıxış edən Yaponiya baş naziri bu müharibədə həlak olmuş ABŞ əsgərlərinə ehtiram və onların yaxınlarına isə başsağlığı ifadə edib.

Cənab Abe trans-Sakit okean ticarət sazişini müzakirə etmək üçün ABŞ-da dövlət səfərindədir.

O və Barack Obama həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cənab Abe deyib ki, o Vaşinqtonda İkinci Dünya Müharibəsi abidəsinə baş çəkib və müharibədə həlak olmuş 400 min ABŞ əsgəri üçün “dərin təəssüf hissi” keçirdiyini bildirib.

Yaponiya baş naziri həmçinin qeyd edib ki, onun ölkəsi müharibə zamanı Asiya xalqlarına da iztirab gətirib.

Bununla belə, cənab Abe müharibə zamanı Yaponiya hərbçilərinin Asiya qadınlarına qarşı tətbiq etdikləri “seksual köləliyin” üzərindəm sükutla kerçib.

Belə istismar edilmiş qadınlardan biri Yaponiya baş nazirinin Konqresdəki çıxışına dəvət edilmişdi.

XS
SM
MD
LG