Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 12:15

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə olunub, mövcud “status-kvo”nun qəbuledilməz olduğu bildirilib.

Elmar Məmmədyarov ötən ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi barədə məsələ də qaldırıb.

Helbert Salber girovların azad edilməsi ilə bağlı Ermənistan qarşısında yenidən məsələ qaldırılacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG