Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:18

Viktor Yushchenko: «Qarabağ sualını Rusiyaya ünvanlayın»


3-cü Qlobal Bakı Forumunun açılış mərasimi
3-cü Qlobal Bakı Forumunun açılış mərasimi

.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual Ermənistana deyil, Rusiyaya ünvanlanmalıdır. Donbas, Abxaziya, Osetiya, Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələri analiz edərkən, eyni nəticəyə gəlib çıxırıq”.

Viktor Yushchenko
Viktor Yushchenko

APA xəbər agentliyi məlumat verir ki, bunu III Qlobal Bakı Forumunda çıxışında Ukraynanın sabiq prezidenti Viktor Yushchenko deyib. O, bildirib ki, bu münaqişələrin həllində yalnız bir maneə var - Rusiyadır

Çex Respublikasının keçmiş prezidenti Václav Klaus isə bildirib ki, Dağlıq Qarabağ və digər münaqişələr Rusiya ilə Qərb arasındakı münasibətlərin nəticəsi deyil və bu münaqişələr Rusiya və Qərb arasında gərginliyin davam etdirilməsi ilə həll olunmayacaq.

Václav Klaus
Václav Klaus

Onun fikrincə, Ukraynadakı böhrana görə Rusiya və Qərb arasında münasibətlər soyumamalıdır:

“Bu önəmli məqamdır. Biz uzunmüddətli perspektivdən istifadə etməliyik. Hazırda Qərblə Rusiya arasındakı münaqişə iki fundamental fərqli siyasi və sosial-iqtisadi sistemlərin toqquşması deyil. İqtisadi sistemlər nöqteyi-nəzərindən Rusiya Qərbin bir hissəsidir”.

Abdullah Gul
Abdullah Gul

Václav Klaus deyib ki, Rusiya nə Çin, nə Səudiyyə Ərəbistanı, nə də Pakistan deyil və qəbul etmək lazımdır ki, Rusiya ənənəvi olaraq Avropa gücüdür, bu ölkə əsrlərlə Avropa tarixinin bir hissəsi olub:

“Biz sevinməliyik ki, 70 illik kommunist faciəsi bitib. Rusiyanı Avropadan kənarlaşdırmaq səhv addım olar. Rusiyaya şans verilməlidir ki, öz yeni tarixini yazsın, öz yolunu tapsın və beynəlxalq arenada aktiv oyunçu olsun.”

Trend-in məlumatına görə, Türkiyənin sabiq prezidenti Abdullah Gül toplantıda deyib ki, Qarabağ münaqişəsi regionda sülhə ciddi təhdid yaratsa da, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər onun həllinə ciddi səy göstərmirlər.

III Qlobal Bakı Forumunda Bolqarıstanın prezidenti Rosen Plevneliev, Makedoniyanın Prezidenti Gjorge Ivanov, Maltanın Baş naziri Joseph Muscat çıxış ediblər.

Forumda Almaniya kansleri Angela Merkel-in, Böyük Britaniyanın baş naziri David Cameron-un, BMT-nin sabiq baş katibi Boutros Boutros-Ghali-nin, ABŞ-ın keçmiş dövlət katibi Henry Kissinger-in müraciətləri oxunub.

XS
SM
MD
LG