Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:39

Beynəlxalq Caz Günü Parisdə qeyd olunacaq


Paris Caz Festivalı
Paris Caz Festivalı

-

Aprelin 30-da Parisdə Beynəlxalq Caz Günü (International Jazz Day) münasibətilə müxtəlif ölkələrin caz ustalarının paytaxt sakinləri qarşısında çıxışı olacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycan ifaçıları da caz günündə ölkəni Parisdə təmsil edəcəklər

UNESCO-nun 70 illiyinə həsr olunan caz musiqisi Parisin 20 regionunu əhatə edəcək.
Fransalı cazsevərlərə yaxşı tanış olan İsfar Sarabski Parisin beşinci meriyasında və UNESCO-da çıxış edəcək.

«Cəngi» ansamblı və gənc cazmen Etibar Əsədlinin Parisin məşhur caz klublarında çıxışları nəzərdə tutulub.

Azərbaycanlı cazmenlər həm yerli, həm də, Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

İlk Beynəlxalq Caz Günü UNESCO-nun təşəbbüsüylə 2012-ci ildə keçirilib.

Məqsəd beynəlxalq ictimaiyyəti dünyada sülhü, birliyi, dialoqu və insanlar arasında əlaqələri genişləndirən bir güc olan caz barədə məlumatlandırmaqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG