Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

George Bush ilk dəfə olaraq Obama-nı tənqid edib


Reuters agentliyi bildirir ki, keçmiş ABŞ prezidenti öz adətinə xilaf çıxaraq Ağ Evdəki sələfini tənqid atəşinə tutub.

Reuters agentliyi bildirir ki, keçmiş ABŞ prezidenti öz adətinə xilaf çıxaraq Ağ Evdəki sələfini tənqid atəşinə tutub.

Ötən şənbə günü yəhudi donorlarla bağlı qapılar arxasında keçirilmiş tədbirdən sızan çoxsaylı xəbərlərə görə Bush ən çox da Barack Obama-nın xarici siyasətini tənqid edib.

Bloomberg-dən Josh Rogin xəbər verir ki, Bush Obama-ya görə ABŞ-ın dünya boyunca hər yerdə geri çəkildiyini söyləyib.

O həmçinin Obama-nın İranla nüvə danışıqlarını da pisləyib.

Nevadada keçirilən Respublikaçı Yəhudilər Koalisiyasının görüşündə George Bush deyib ki, Obama İranın əsl niyyətlərini düzgün başa düşməyib.

O həmçinin iddia edib ki, ABŞ qoşunları İraqdan vaxtından əvvəl çıxarılıb.

Reuters bildirir ki, George Bush öz sələfini tənqid etməkdən bir qayda olaraq çəkinib və hətta ötən il Fox News şəbəkəsinə müsahibəsində keçmiş prezidentin indiki prezidenti tənqid etməsinin ümumikdə prezidentlik üçün ziyanlı olduğunu söyləyib.

XS
SM
MD
LG