Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:44

“Biz Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün vaxtını müəyyənləşdiririk”.

Bu barədə APA Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin ofisinə istinadla məlumat verir.

Məlumatda həmçinin bu həftə Parisdə Ermənistanın xarici işlər naziri Edward Nalbandyanla görüşün keçiriləcəyi də bildirilir.

Məlumatda qeyd olunur ki, biz eyni zamanda hər iki naziri bir araya gətirmək və prezidentlərin növbəti görüşünun gündəliyini müəyyənləşdirməyi nəzərdən keçiririk.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri E. Nalbandyan belçikalı həmkarı Didye Reinderslə keçirdiyi mətbuat konfransında aprelin 29-da Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG