Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:30

BBC: «Suriya erməniləri Dağlıq Qarabağa yerləşdirilir»


Videodan kadr
Videodan kadr

-

BBC-nin əməkdaşı Reda El Mawy işğal altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Reportajda müharibədən qaçıb Ermənistana gələn 15 mindən artıq suriyalının Ermənistanın bəzi şəhərlərində, həmçinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirildiyi bildirilir.

Aprelin 23-də yayımlanan reportajda qeyd olunur ki, Ermənistan hökuməti həmin qaçqınların bəzisinə vətəndaşlıq statusu verib və onların yerləşməsinə kömək edib. Bildirilir ki, bu statusu ala bilməyən qaçqınların çoxu Dağlıq Qarabağa yerləşdirilib. Reportajdan bəlli olur ki, Dağlıq Qarabağa yerləşdirilən qaçqınlar burada ağır şərtlər altında, gözlənilən müharibə qorxusu ilə yaşayırlar.

Reportajda 40-a yaxın suriyalı erməni qaçqın ailəsi ilə birlikdə Dağlıq Qarabağdan qaçqın statusu almış Kashashain ailəsindən də söz açılır. Ailənin başçısı Ara Kashashain BBC müxbirinə Dağlıq Qarabağda yaşayış imkanlarının məhdud olduğunu deyir:

«Onlar bizə ev verdi, digərlərinə torpaq. İmkanlar məhduddur burada. Burada sərhəddə tez-tez atışmalar olur».

Müxbir bildirir ki, Ara və ailəsi burada yeni həyat qurmağa çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-dən videoreportaja aydınlıq gətirməyini istəyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev apa-ya bildirib ki, reportajla əlaqədar Azərbaycan tərəfinin narazılığı BBC-yə çatdırılıb:

«BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, BBC telekanalının müxbiri qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, Azərbaycan Respublikasının «Dövlət sərhədi haqqında» qanununu pozub. Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr münaqişənin əsl mahiyyətini təhrif edir. Reportajda Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur. Verilişdən göründüyü kimi, Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları bu ərazilərə köçürür. Azərbaycan tərəfindən bu məsələ dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb».

Məsələ ilə bağlı Ermənistan tərəfi hələlik açıqlama verməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG