Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 10:28

“SSRİ vətəndaşı” Britaniyanın ən varlı adamı oldu

Warner Music şirkətinin sahibi, 1978-ci ildə SSRİ-dən mühacirət etmiş Len Blavatsky 13, 17 milyard funt sterlinq (20 milyard dollar) sərvətlə “Sunday Times” qəzetinin illik zənginlər siyahısında birinci olub.

İki il əvvəl bu siyahıya başçılıq edən özbək Alişer Usmanov hazırda dördüncü yerdədir.

Onun sərvətinin 10 milyard funt sterlinqə yaxın olduğu bildirlir.

Bütövlükdə siyahıda 117 milyarder var. Onlardan 80-ni Londonda yaşayır.

2014-cü ildə onların sayı 104 idi.

“Chelsea” futbol klubunun sahibi rusiyalı oliqarx Roman Abramovitch maliyyə itkilərinə məruz qalsa da onun sərvəti ötən illə müqayisədə 1, 23 milyard funt sterlinq artaraq 7, 29 milyard funt sterlinqə çatıb.

XS
SM
MD
LG