Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:17

Yaponiyada radioaktiv dronu uçuran şəxs həbs edilib


Yaponiyada radioaktiv torpağı baş nazirin yaşadığı evin damına tökmək üçün pilotsuz cihaz uçuran şəxs həbs edilib.

Yaponiyada radioaktiv torpağı baş nazirin yaşadığı evin damına tökmək üçün pilotsuz cihaz uçuran şəxs həbs edilib.

40 yaşlı Yasuo Yamamoto Yaponiya hökumətinin nüvə siyasətinə qarşı etiraz edirdi.

Dronun daşıdığı torpaqda radiasiya aktivliyi müşahidə edilib.

Polis bu maddənin sezium olduğunu bildirir. Bu maddənin radioaktivliyi insan orqanizminə zərər vurmayacaq dərəcədə zəifdir.

Yaponiya 2011-ci ildə Fukuşima stansiyasında baş vermiş qəzadan sonra bütün 48 atom elektrik stansiyalarını dayandırıb.

Baş nazir Shinzo Abe nüvə energetikasının yenidən işə salınması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə stansiyaların işləməməsi ölkə iqtisadiyyatına ağır zərbə olub.

Hələlik heç bir reajktor işə salınmayıb, lakin ötən həftə məhkəmə Kaqoşimadakı nüvə stansiyasının yenidən işə salınmasına qarşı sakinlərin iddfiasını rədd edib.

XS
SM
MD
LG