Keçid linkləri

Təcili xəbərlər
2022, 08 Avqust, Bazar ertəsi, Bakı vaxtı 11:03

Dünya xəbərləri

Rusiyada amnistiya olacaq

Rusiya Duması

Rusiyanın Dövlət Duması Nasist almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə amnistiya elan edib.

Rəsmi məlumatlara görə, amnistiya 260 mindən 400 minədək adama şamil edilə bilər.

Amma hüquq müdafiəçiləri bunun bir neçə dəfə az adama şamil olacağını deyirlər.

Dövlət Duması cümə günü prezidentin təqdim etdiyi qərarı dərhal 2-ci və 3-cü oxunuşda qəbul edib.

Qərar dərc edilən kimi qüvvəyə minəcək.

Duma müzakirələr zamanı amnistiyanın “Bolotnaya” məsələsi ilə bağlı həbs olunanlara da şamil edilməsi ilə bağlı “Ədalətli Rusiya” partiyasından olan deputatların təklifini rədd edib.

Amnistiyanın əsasən ilk dəfə mühakimə olunanlar, çox da böyük olmayan orta-ağır cinayətlər törədənlərə, ölkə qarşısında xidməti olanlar, müharibə iştirakçıları, Əfqanıstan, Çeçenistan və Şimali Qafqazdakı hərbi əməliyyatlar, habelə Çernobl faciəsinin aradan qaldırılmasında iştirak edənlər, azyaşlılar, qadınlar, körpə, təkvə əlil uşaqları olanlar, 50 yaşdan yuxarı qadın və kişilər və xəstəliyi olanlara şamil ediləcəyi gözlənilir.

Amma Navalny qardaşları bu amnistiyaya düşməyəcək.

Bütün xəbərləri izləyin

Azərbaycan 10 dəfə mövqelərinin vurulduğunu deyir

Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) avqustun 8-i səhər bildirib ki, ötən sutka ərzində mövqeləri ümumilikdə 10 dəfə atəşə tutulub.

Nazirliyin qeyd etməsinə görə, bunlardan altısı Azərbaycan-Ermənistan dövlət sərhədində Kəlbəcər və Laçın rayonları istiqamətlərində baş verib: "Digər dörd hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsi tərəfindən Azərbaycan ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini… müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur".

Nazirliyin açıqlamasına görə, bütün hallarda Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb. Hələlik, bu açıqlamaya qarşı tərəflərin münasibəti bəlli deyil.

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Sərhəddə erməni hərbçinin yaralandığı bildirilir

Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsində yerləşən döyüş mövqelərinin birində erməni hərbi qulluqçusu Nver Qevorqyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə avqustun 6-sı axşam saatlarında baş verib. Yerevan atəşkəs pozuntusunda Azərbaycan ordusunu ittiham edir.

Bakı Ermənistan Müdafiə Nazirliyinin dövlət sərhədində atışma olması və bir erməni əsgərin yaralanması ilə bağlı bəyanatını təkzib edib.

Avqustun 3-dən…

Avqustun 3-də Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada günahlandırıb, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Qarabağdakı tanınmayan qurum isə iki əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı həmin vaxt məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Xersonda işğal administrasiyası rəhbərinin müavini sui-qəsd nəticəsində ölüb

Krımda təcili tibbi yardım maşını, arxiv foto

Hazırda Rusiyanın işğlı altında olan Ukraynanın Xerson vilayətinin Nova Kaxovka işğal administrasiyası rəhbərinin müavini Vitali Qura sui-qəsd nəticəsində ölüb. Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb.

RİA Novosti mənbələrinin məlumatına görə isə, şənbə günü səhər saatlarında Vitali Qura evinin yaxınlığında bir neçə güllə yarası alıb, bundan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir gün əvvəl Xerson vilayətinin işğal administrasiyasının rəhbəri Vladimir Saldonun zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılıb.

Daha sonra yayılan məlumatlarda Vladimir Saldonun son dərəcə ağır vəziyyətdə Krıma aparıldığını və oradan onu tibbi komaya salaraq Moskvaya aparmaq qərarına gəldiyini bildirilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

İsraillə Fələstin bir-birinə raket zərbələri endirib

İsrail ordusu Qəzza zolağına raket atıb, 6 avqust 2022

Avqustun 6-sı səhər saatlarında İsrailin Qəzza zolağına yenidən raket zərbələri endirdiyi bildirilir. Bu barədə Reuters agentliyi xəbər verir.

Məlumatda vurğulanır ki, İsrail bunu raket atmağa hazırlaşan "İslami Cihad" terror qruplaşmasının yaraqlılarına qarşı qabaqlayıcı zərbə adlandırıb.

İdda olunur ki, İsrail hərbçiləri üç yaşayış binasını vurub və onlardan biri tamamilə dağılıb.

Fələstin Səhiyyə Nazirliyi raket zərbələri nəticəsində ən azı 12 nəfərin öldüyün, 84 nəfərin yaralandığını bildirib. O da qeyd edilir ki, öz növbəsində Fələst də İsrail ərazisinə ən azı 160 raket atıb. Dağıntı və insan təlafatı ilə bağlı məlumat verilmir.

Raketlər İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilir.

BMT, eləcə də Misir və Qətər rəsmiləri hücumları dayandırmağa çağırırlar.

Reuters-in məlumatına görə, münaqişənin daha da genişlənməsi Qəzzəyə nəzarət edən Həmas qruplaşmasının döyüşlərə qoşulub-qoşulmayacağından asılı olacaq.

Bir gün əvvəl, avqustun 5-i axşam saatlarında İsrail ordusu əməliyyat nəticəsində "İslami Cihad" qruplaşmasının şimal diviziyasının komandiri Taysir əl-Cəbarinin zərərsizləşdirildiyini açıqlayıb.

Qrup komandirin ölümünü təsdiqləyib. Bildirilir ki, Əl-Cəbari "İslami Cihad"ın Həmas qruplaşması ilə əlaqəsini koordinasiya edib.

Həmçinin, o da iddia olunur ki, əl-Cəbari İsrailə qarşı çoxsaylı terror aktları və raket hücumlarında iştirak edib.

İsrailin "İslami Cihad" terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat sərhəddə nisbi sakitliyə son qoyub. Sonuncu böyük toqquşma 2021-ci ilin mayında olub, o zaman İsrail və Fələstin arasında 11 gün davam edən ağır döyüşlərdə ən azı 260 nəfər həlak olub.

Təl-əviv ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və ehtiyatda olan 25 min hərbçinin xidmətə çağırdığını elan edib.

'Amnesty International'ın Ukrayna ofisinin rəhbəri hesabata etiraz olaraq istefa verib

Oksana Pokalçuk

Amnesty İnternational təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk təşkilatı tərk etdiyini açıqlayıb.

O bildirib ki, təxminən 7 illik işindən ayrılmasına təşkilatın Ukrayna hərbçilərinin müharibə qanunlarını pozması ilə bağlı hesabatın dərc etməsi səbəb olub.

Təşkilatın Ukrayna bölməsi daha əvvəl hesabatın hazırlanmasında iştirak etmədiyini bildirib.

"Hər şey bürokratiya divarına və kar dil baryerinə çırpıldı. Məsələ ingilis dilində deyil, amma ondadır ki, əgər sən işğalçıların soxulduğu və onu parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiə ordusunu qınamağın nə olduğunu başa düşmürsən.”, Oksana Pokalçuk Facebook-da yazıb.

Avqustun 4-də Amnesty İnternational-ın yaydığı hesabatda deyilir ki, Ukrayna hərbçiləri Rusiyanın işğalını dəf etmək cəhdi ilə yaşayış məntəqələrində, o cümlədən məktəblər və xəstəxanalarda bazalar yaradaraq, silah yerləşdirərək dinc əhalini təhlükə altına salırlar.

Ukrayna prezidenti Volodimir Zelenski bu hesabatı hüquq müdafiəçilərinin məsuliyyəti Rusiyadan Ukraynaya keçirməyə çalışdığı “əxlaqsız nümunə” adlandırıb.

Təşkilatının rəhbəri Agnes Callamard cavab olaraq deyib ki, bu tənqid Amnesty İnternational təşkilatının "qərəzsizliyini zəiflətməyəcək" və "faktları dəyişməyəcək".

"Nəticələr Amnesty İnternational-ın bütün işi kimi eyni ciddi standartlara və lazımi araşdırma prosedurlarına uyğun olaraq aparılan araşdırmalar zamanı toplanmış sübutlara əsaslanırdı" -Callamard vurğulayıb.

Agnes Callamard, Bakı, 9 sentyabr 2010
Agnes Callamard, Bakı, 9 sentyabr 2010

Hesabatın dərcindən sonra Amnesty İnternational təşkilatının Ukrayna Silahlı Qüvvələrinə akkreditasiyasının dayandırıldığı bildirilir.

Ukraynadakı müharibə ilə bağlı Amnesty İnternational-ın digər hesabatları barədə heç bir məlumat verməyən Rusiya mediasında təşkilatın sözügedən hesabatı geniş işıqlandırılıb.

Təşkilatın hesabatını Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində şərh edilib. Vurğulanıb ki, Rusiya dəfələrlə Ukrayna Silahlı Qüvvələrinin dinc əhalidən “insan qalxanı” kimi istifadə etdiyini bəyan edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Dağıdılmış Mariupol (Ukrayna) dram teatrında Rusiya hərbçisi, 16 mart 2022
Dağıdılmış Mariupol (Ukrayna) dram teatrında Rusiya hərbçisi, 16 mart 2022

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Atəşə tutulduqdan sonra Zaporojye AES-in 3 blokundan biri bağlanıb

Zaporojye Atom Elektrik Stansiyasının peyk görüntüsü

Ukraynanın “Enerqoatom” şirkəti bir gündə Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisinin ikinci dəfə atəşə tutduğunu bildirir.

Məlumatda bununla da “nüvə reaktorunun yerləşdiyi enerji bloklarından birinin yaxınlığındakı ərazi”nin üç dəfə vurulduğu və azot-oksigen stansiyası, o cümlədən köməkçi binanın zədələndiyi bildirilir.

Qeyd olunur ki, insan təlafatı və yaralananlar olmasa da zərbələr nəticəsində həm hidrogen və radioaktiv maddələrin sızması riski böyükdür.

"Enerqoatom" şirkəti artıq atom elektrik stansiyasının üç işləyən enerji blokundan birinin bağlandığını elan edib.

"Zaporojye AES-ə hücum nəticəsində enerji bloklarından birində fövqəladə mühafizə işləyib, üç işləyən enerji blokundan biri söndürülüb",

"Enerqoatom" bildirir ki, atəşə tutulmazdan əvvəl "Rosatom" nümayəndələri tələsik stansiyanı tərk ediblər, "yəqin ki, onlar hücumun olacağını biliblər".

Hazırda AES-dəki ukraynalı işçilərin "nüvə və radiasiya təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər gördüyü bildirilir.

Həm də bildirilir ki, günorta saatlarında AES-in atəşə tutulması zamanı yüksək gərginlikli xətt zədələndiyindən enerji bloklarından birində fövqəladə mühafizə işləri aparılıb, dizel generatorları işə düşüb, bok boşaldılıb və şəbəkədən ayrılıb.

İşğal altındakı Mariupol limanından təxminən 200 kilometr şimal-qərbdə yerləşən AES müharibənin əvvəlindən Rusiyanın nəzarətindədir.

Zaporojye AES, 12 iyun 2008
Zaporojye AES, 12 iyun 2008

Ukrayna prezidenti hadisə ilə bağlı videomüraciətində deyib ki, baş verənlərə görə Rosatomdan tutmuş Rusiyanın bütün nüvə sənayesi ilə əlaqəli şirkətlərə və şəxslərə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiya Bolqarıstanın 14 diplomatını qovur

Rusiyanın Bolqarıstandakı səfirliyi qarşısında Ukrayna müharibəsinə etiraz aksiyası

Moskva fevralın sonunda Ukraynaya təcavüzə başlayandan Avropanın bir sıra ölkələri Rusiya diplomatlarını qovur

Rusiya Bolqarıstanın 14 konsulluq və səfirlik işçisini qovur. Bu addımın Sofiyanın Rusiya diplomatik personalını qovmaqla bağlı “əsassız” qərarına cavab olaraq atıldığı deyilir. Bütün bunlar Moskvanın Ukraynaya qarşı əsassız təcavüzü fonunda baş verir.

Rusiyanın Xarici İşlər Nazirliyi avqustun 5-də bəyanatında bildirib ki, Bolqarıstanın səfiri Atanas Kristini çağırıb, ona Rusiyadakı 14 işçinin persona non qrata elan edilməsi haqda nota təqdim olunub.

Moskva fevralın sonunda Ukraynaya təcavüzə başlayandan Avropanın bir sıra ölkələri Rusiya diplomatlarını qovur.

Bolqarıstan iyunun sonunda deyirdi ki, Rusiyanın 70 diplomatını qovur, şimali Ruse şəhərindəki Rusiya Baş Konsulluğunu bağlayır.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya hücum əmri verəndən bir sıra Qərb ölkələri Moskvaya genişmiqyaslı sanksiyalar tətbiq ediblər. Rusiyanın bir sıra bankları SWIFT sistemindən çıxarılıb, Rusiya ixracında embarqo qoyulub, investisiyalara məhdudiyyətlər, hökumət rəsmiləri və ailə üzvlərinə səyahət qadağaları açıqlanıb.

Yeni dəniz doktrinasında Putin NATO və ABŞ-ı əsas təhlükə sayır

Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü qeyd olur

Vladimir Putin Rusiyanın dəniz doktrinasını təsdiq edən fərman imzalayıb.

Rusiya prezidentinin imzaladığı fərman iyulun 31-dən qüvvəyə minir. Putin Sankt-Peterburq və Kronştadtda hərbi dəniz paradına qatılan Putin doktrinada “Rusiyanın milli maraqlarının sərhəd və zonaları” nı göstərilib.

O, həmin sərhəd və zonalara Arktika sularını, Qara, Oxotsk və Berinq dənizlərinin sularını, Baltik və Kuril boğazlarını aid edib.

Sənəddə milli təhlükəsizliyə əsas təhdidlər, digərləri ilə yanaşı, NATO-nun fəaliyyətinin artması, ABŞ-ın Dünya Okeanında hökmranlıq etmək istəyi, bir sıra dövlətlərin Moskvaya qarşı ərazi iddiaları, habelə Rusiyaya informasiya və hərbi təzyiqlərdir.

Rusiyanın Dəniz doktrinası ilk dəfə 2001-ci ildə qəbul edilib. Sənəd sonuncu dəfə 2015-ci ilin yayında Krımın ilhaqı və NATO-nun genişlənməsi fonunda yenilənib.

Kosovoda yenidən gərginlik yaranıb

Kosovo: Serblər Kosovonun şimalındakı Rudaredə yolları bağlayıblar, 31 iyul 2022

Kosovodan gələn məlumatlara görə, ölkənin şimalındakı etnik serblər Kosovo ilə Serbiyanı birləşdirən iki sərhəd keçid məntəqəsinə - Yarinye və Bernjaka gedən yolları yük maşınları və başqa vasitələrlə bağlayıblar.

O da bildirilir ki, gərginlik Serbiya tərəfindən verilmiş avtomobil nömrələri və şəxsiyyət sənədləri ilə bağlı Kosova hökumətinin qəbul etdiyi və avqustun 1-də qüvvəyə minəcək iki qayda ilə bağlıdır.

Kosova hökuməti bildirir ki, avqustun 1-də Serbiya tərəfdən gələnlərin sənədləri üç ay müddətində qüvvədə olan Priştina (Kosovanın paytaxtı) tərəfindən verilmiş yeni giriş-çıxış şəxsiyyət sənədləri ilə dəyişdiriləcək.

Məlumatlarda vurğulanır ki, bu siyasət Serbiyaya səfər edən Kosovo vətəndaşlarına tətbiq olunan uzunmüddətli təcrübəyə uyğun gəlir.

Kosovo Polisi və NATO-nun Kosovodakı missiyasının (KFOR) gücləndirilmiş qüvvələrinin bazar günü axşam Mitrovitsanın cənub hissəsindəki Ura e İbri körpüsü yaxınlığında toplandığını göstərən videogörüntülər yayılıb.

İyulun 31-də axşam saatlarında Kosovo polisi həmin bölgədə etirazçıların yolları kəsməsinə görə Jarinje və Brnjakdakı sərhəd keçidlərini piyada və nəqliyyat vasitələrinin dövriyyəsi üçün bağladıqlarını açıqlayıb.

Kosovonun şimalındakı etnik serblər 1999-cu ildəki müharibədən bəri Serb qurumları tərəfindən verilən avtomobil nömrələrindən istifadə edirlər.

Kosovo hökuməti bunu qanunsuz hesab edir və əksəriyyəti serblər olan dörd şimal bələdiyyəsində Kosova tərəfindən buraxılmış nömrələrlə əvəz edilməsini tələb edir.

Dəyişiklikləri etmək üçün avtomobil sahiblərinə sentyabrın sonuna qədər vaxt verildiyi bildirilir.

Nikolayevin atəşə tutulması nəticəsində ən zəngin ukraynalılardan biri həlak olub

«Nibulon» şirkətinin rəhbəri Aleksey Vadaturskiy

Ukraynanın “Nibulon” kənd təsərrüfatı şirkətinin təsisçisi və Ukraynanın ən varlı sahibkarlarından biri Aleksey Vadaturski və həyat yoldaşı iyulun 31-nə keçən gecə Rusiyanın Nikolayev şəhərini atəşə tutması nəticəsində həlak olub.

Bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.

“Aleksey Afanasyeviç Ukrayna üçün, Nikolayev vilayəti üçün çox şey etdi. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına, regionun inkişafına verdiyi töhfə əvəzsizdir”, - Kim yazıb.

Vadaturskinin ölümünü Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia və Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

Yerli KİV-lərin yazdığına görə, mərmi sahibkarın evinə düşüb. "Forbes" jurnalının Ukrayna bölümünün 2021-ci ildə yaydığı məlumata görə, 74 yaşlı biznesmenin sahib olduğu "Nibulon" şirkəti gəlir baxımından Ukraynada üçüncü kənd təsərrüfatı şirkəti olub.

Elə həmin il Vadaturski 430 milyon dollarlıq sərvətlə Forbes-in ən zəngin ukraynalılar siyahısında 24-cü yerdə qərarlaşıb. 2007-ci ildə iş adamına Ukrayna Qəhrəmanı adı verilib.

Xarkov və Nikolayev şəhərlərinin merləri hər iki şəhərin bazar gününə keçən gecə Rusiya hərbçiləri tərəfindən güclü atəşə tutulduğunu bildiriblər.

Nikolaev şəhərinin meri Aleksandr Senkeviç bazar günü gecə şəhərin atəşə tutulması barədə məlumat verib və bunu "indiyə qədər ən güclü atəşə tutlma " adlandırıb. Senkeviçin sözlərinə görə, bir neçə partlayışdan sonra yanğınlar başlayıb, yaşayış binalarında dağıntılar var.

Rusiya Müdafiə Nazirliyi hələlik Nikolayev və Xarkova hücumlar barədə xəbərləri şərh etməyib. Rusiya adətən bildirir ki, onlar Ukraynanın mülki infrastrukturuna hücum etmirlər və yalnız hərbi obyektlər hədəfə alınır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

BMT ukraynalı hərbi əsirlərin ölümü ilə bağlı araşdırmaya hazır olduğunu bildirir

Ukrayna hərbi əsirlərin həlak olduğu həbsxana, 29 iyul 2022

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı bölgədə onlarla ukraynalı hərbi əsirin həlak olması faktını araşdırma aparmaq üçün əraziyə müstəntiqlər göndərməyə hazır olduğunu bildirib.

BMT-nin sözçüsü Farhan Haq bildirib ki, hər iki tərəf razılaşarsa, BMT insidentin baş verdiyi cəbhə bölgəsindəki Olenivka şəhərinə ekspertlər göndərməyə hazırdır. Bundan başqa, təşkilat yaralıların təxliyyəsinə də yardım təklif edib.

Ukraynalı hərbi əsirlərin saxlandığı yer raket arəşinə tutulub. Nəticədə onlarla ukraynalı əsir həlak olub.

Rusiya iddia edir ki, Ukrayna ordusu Olenivka həbsxanasını hədəfə almaq üçün ABŞ-ın verdiyi raket sistemlərindən istifadə edib.

Ukrayna hərbçiləri isə Olenivkaya hər hansı raket və ya artilleriya zərbəsi endirilmədiyini bəyan edir. Kiyev Rusiyanı ukraynalılara verilən işgəncələri və edam hallarını ört-basdır etmək üçün həbsxananı atəşə tutmaqda ittiham edir. Ukrayna kəşfiyyatı isə hesab edir ki, ukraynalı hərbi əsirlərin olduğu yeri ‘Vaqner’ vurub, məqsəd əsirlərin köşürüldüyü binanın tikintisi və təmiri zamanı yol verilən mənimsəmələri gizlətmək olub

Ukrayna prezidenti Vladimir Zelenski BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin Olenivkadakı hücumdan sonra reaksiya verməyə borclu olduğunu deyib. Zelenski iyulun 30-da videomüraciətində deyib: “Bu, qəsdən Rusiyanın hərbi cinayəti, ukraynalı hərbi əsirlərin qəsdən kütləvi şəkildə öldürülməsi idi.

Ukraynadan sonra Rusiya da BMT və Beynəlxalq Qırmızı Xaç təşkilatından ekspertlərini hadisəni yerində araşdırmağa çağırıb.

Müxtəlif məlumatlara görə, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Olenivkadakı həbsxanasının atəşə tutulması nəticəsində ən azı 50 ukraynalı hərbi əsir həlak olub.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiyadan iddia: Qara dəniz donanmasının qərargahına dron hücumu olub

Ukraynaya məxsus dron, 15 aprel 2018

Rusiyanın Sevastopoldakı Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının qərargahına dron hücumu olub.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev teleqramında məlumat verib.

Onun sözlərinə görə, qərargahın 5 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar, təlafat olmayıb.

Hücum Rusiya Dəniz Günü bayramına təsadüf edib. Hadisədən sonra Sevastopolda Hərbi Dəniz Günü ilə bağlı planlaşdırılan bütün bayram tədbirləri ləğv edilib. Bundan başqa qubernator şəhər əhalisinə müraciət edərək hamının evdə qalmasını xahiş edib. Razvojayev (O soyadını Telegram-da “RaZVojayev” kimi yazır) hesab edir ki, pilotsuz təyyarənin Ukrayna Silahlı Qüvvələrinə məxsus olub.

Ukraynanın Odessa Regional Hərbi Administrasiyasının sözçüsü Sergiy Bratçuk isə bildirib Rusiyanın Qara dəniz donanmasının işğal olunmuş Sevastopoldakı qərargahına hücumun Ukrayna qüvvələri tərəfindən həyata keçirildiyi barədə məlumatı “açıq təxribatdır”.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Britaniya kəşfiyyatının rəhbəri: Ukraynadakı Rusiya hərbi qüvvələri 'tükənir'

Kiyev istiqamətindəki Dmitriyevka kəndində vurulmuş Rusiya hərbi texnikası, 23 may 2022

Britaniya kəşfiyyatı Mİ-6-nın rəhbəri Riçard Mur Ukraynadakı rus qoşunlarının “tükəndiyini” bildirir. O, bu barədə iyulun 29-da “Twitter” səhifəsində Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın müharibəyə hazırlaşarkən və müharibə zamanı yol verdiyi ehtimal edilən səhvlər barədə videosunu şərh edərkən yazıb.

"Kreml çarəsizləşir. Rusiya on minlərlə əsgərini itirib və Sovet dövründən qalma silahlardan istifadə edir. Onların köhnəlmiş raketləri günahsız ukraynalıları öldürür və yaralayır. Rusiya bu ədalətsiz müharibədə qalib gəlməyəcək"- Mİ6 rəhbəri yazır.

Videoda Rusiya qoşunlarının Ukraynada on minlərlə hərbçi itirdiyi və hərbi texnika itkisinin də yerini doldurmağın getdikcə çətinləşdiyi iddia edilir. Müharibə şəraitində bu qiymətləndirmənin düzgünlüyünü yoxlamaq mümkün deyil. Həm də Rusiya Müdafiə Nazirliyi mart ayından bəri itkilər barədə məlumat verməyi dayandırıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl "xüsusi əməliyyat" da kifayət qədər hərbi qulluqçunun iştirak etdiyini və səfərbərlik tədbirlərinin nəzərdə tutulmadığını bildirib. Mediada yayılan məlumatlarda isə Rusiyanın bir çox regionlarında könüllülərin müharibəyə cəlb edilməsi kampaniyalarının aparıldığı vurğulanır.

Britaniya hərbi kəşfiyyatının növbəti gündəlik hesabatında bildirilir ki, Ukrayna qoşunları, ehtimal ki, Donetsk yaxınlığındakı Rusiya qoşunlarının son hücum cəhdlərini dəf edə biliblər.

Rusiyayönümlü teleqram kanallarında Avdiyevka, Marinka və cəbhə xəttinin 2014-cü ildən bəri bir sıra digər məntəqələrində Rusiya qoşunlarının irəlilədiyini yazsa da Britaniya kəşfiyyatı bununun ciddi irəliləyiş olmadığını bildirir.

Kəşfiyyat məlumatlarında o da vurğulanır ki, Ukrayna ordusunun ciddi zərbələrindən yarasız yala düşən Antonov körpüsü ilə ilə bağlı itkiləri kompensasiya etmək üçün Rusiya ordusu Xerson vilayətində ponton keçidləri tikməkdədir.

Rusiya komandanlığı Ukraynanın Xarkov vilayətinin işğal olunmuş hissəsi ilə sərhədə əlavə bölmələr yerləşdirir. Bu barədə “Azadlıq” radiosunun Ukrayna xidmətinin “Sxema” layihəsi “Planet Labs” peyk görüntülərinə istinadla məlumat yayıb.

Hərbi ekspertlərin fikrincə, Rusiya ordusu gələcəkdə bu möhkəmlənmədən İzyum və Slavyansk istiqamətlərində istifadə edə bilər.

Ötən gecə Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində azı 1 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilir. Vilayət administrasiyasının rəhbəri Vitali Kimin dediyinə görə, raketlər çoxmərtəbəli binaları vurub.

İyulun 30-da o da məlum olub ki, iyulun 29-da avtobus dayanacağına düşən mərmi parçalarının ağır yaraladığı iki Nikolayev sakini xəstəxanada vəfat edib.

Rusiya qoşunlarının işğal etdiyi Enerqodarda (Zaporojye vilayəti) ötən gecə Rusiyanın üç hərbi texnikası zərərsizləşdirilib. Hərbi texnikalar Rusiya hərbi-texniki mütəxəssislərinin yaşadığı otelin qarşısında olub.

Şənbə günü gecə Xarkov yenidən raket atəşinə məruz qalıb. Bu barədə media şəhərin meri İqor Terexova istinadən məlumat yayıb.

Dnepropetrovsk vilayəti administrasiyasının məlumatına görə, Nikopol şəhəri də “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulub. Bir bina dağılıb, 15 binaya ziyan dəyib. İlkin məlumatlara görə, insan təlafatı olmayıb.

Avropada meymun çiçəyindən ilk ölüm halı qeydə alınıb

"Meymun çiçəyi" pozitiv

İspaniya Səhiyyə Nazirliyi iyulun 29-da 1 nəfərin meymun çiçəyi xəstəliyindən öldüyünü açıqlayıb.

Bu hadisənin Avropada birinci, Afrikadan kənarda isə ikinci hadisə olduğu güman edilir.

Hazırda İspaniya təsdiqlənmiş meymun çiçəyi hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci ölkədir.

Səhiyyə Nazirliyinin hesabatına görə, ölkədə 4298 xəstəliyə yoluxma halı qeydə alınıb ki, onlardan 135 nəfərində ağırlaşmalar olub - "ən çox rast gəlinən ikincili bakterial infeksiyalar və ağız yaraları olub və onlardan biri vəfat edib".

İspaniyadan bir neçə saat əvvəl Braziliyada bir xəstəninin meymun çiçəyi xəstəliyinin öldüyünü açıqlanıb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxs limfoma və zəifləmiş immunitetdən əziyyət çəkən 41 yaşlı kişi olub.

Məlumata görə, bu, beş nəfərin meymun çiçəyindən öldüyü Afrikadan kənarda qeydə alınan ilk ölüm halı sayılır. İkinci ölüm halı İspaniyada qüydə alınıb.

İyulun 23-də Dünya Səhiyyə Təşkilatı meymun çiçəyi xəstəliyini qlobal ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.

Rusiyada ilk meymun çiçəyi xəstəliyi iyulun 12-də qeydə alınıb. Yoluxmuş şəxs təcrid olunub. Bundan sonra yoluxma hadisəsi qeydə alınmayıb.

2022-ci ilin iyul ayının sonunda ABŞ və Avropa İttifaqı meymun xəstəliyinin qarşısının alınması üçün çiçək peyvəndinin istifadəsini təsdiqləyib. Meymun çiçəyi həm heyvanlara, həm də insanlara təsir göstərir. Bu, simptomlarına görə çiçək xəstəliyinə bənzəyən, lakin adətən daha yüngül olan viral xəstəlikdir. Xəstələr yüksək hərarət, əzələ ağrısı, xarakterik səpgi və qaşınma hiss edirlər.

Bunun xüsusi müalicəsi yoxdur, meymun çiçəyi adətən 2-4 həftə ərzində öz-özünə yox olur, lakin ölüm halları da qeydə alınmaqdadır.

Avrozonada inflyasiya rekord vurur

Arxiv fotosu

Eurostat iyulun 29-da bildirib ki, avrodan istifadə edən 19 ölkədə illik inflyasiya ötənaykı 8.6 faizdən qalxıb

İyulda avrozonada inflyasiya səviyyəsi 8.9 faizə yüksələrək yeni rekord vurub. Bu, Rusiyanın Ukraynaya səbəbsiz hücumunun enerji və ərzaq qiymətlərini artırdığı bir dönəmdə baş verir.

Avrodan istifadə edən 19 ölkədə illik inflyasiya ötənaykı 8.6 faizdən qalxıb. Məlumatı Avropa İttifaqının statistika agentliyi – Eurostat iyulun 29-da yayıb.

İnflyasiyanın yüksəlməsinə əsasən enerji və ərzaq qiymətlərində artım səbəb olub. Bu qiymətlərdə ötən illə müqayisədə uyğun olaraq 39.7 və 9.8 faizlik artım qeydə alınıb.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayanda dünyada inflyasiyaya təzyiq onsuz da koronavirus pandemiyasına görə yuxarı idi. Buna təchizat və tələbatda gərginlik, istehlakçı əhvalının zədələnməsi, qlobal iqtisadi artıma təhdid səbəb olmuşdu.

Sonucda dünyada inflyasiya dalğası yaranıb.

Moskvada hostel yanıb, səkkiz nəfər ölüb

Hadisə yeri

Hadisə paytaxtın cənub-şərq rayonunda baş verib

Ötən gecə Moskvada 15 mərtəbəli hosteldə yanğın baş verib, səkkiz nəfər ölüb. Rəsmilər yanğın siqnalizasiya sisteminin yaxşı işləmədiyini deyirlər.

Daha dörd nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə paytaxtın cənub-şərq rayonunda baş verib.

Yanğın binanın birinci mərtəbəsində başlanıb. Fövqəladə xidmətlər yanğının gecəyarısından sonra söndürüldüyünü, 200-dən çox adamın evakuasiya olunduğunu bildirir.

Yanğında ölənlərin hamısı miqrantlardır, TASS aparıcı rəsmiyə istinadla xəbər verir. Hazırda onların vətəndaşlığı müəyyənləşdirilir.

Fövqəladə xidmət rəsmisinin TASS-a dediyinə görə, binada yanğın siqnalizasiyası işləməyib, bütün pəncərələrin dəmir barmaqlıqları olduğundan adamlar içəridə qalıb.

Səhlənkarlıq maddəsi üzrə cinayət işi açılıb.

Rusiyada binalarda tez-tez baş verən yanğınlara adətən texniki vəziyyətin, infrastrukturun zəifliyi, səhlənkarlıq səbəb göstərilir.

İran İsrailə bağlı ‘casus şəbəkəsi’ üzvlərini həbs etdiyini deyir

Şübhəli Mossad agentlərindən müsadirə olunduğu deyilən silahlar

Saxlanılanlardan müasir elektron avadanlıq, SIM kartlar, mobil telefonlar götürüldüyü xəbər verilir

İran polisi şübhəli casus şəbəkəsinin liderini və dörd üzvünü həbs etdiyini bildirir. Tehran şəbəkənin İsrail kəşfiyyat xidmətlərinə bağlı olduğunu deyir.

Açıqlamanı iyulun 28-də İranın hüquq-mühafizə orqanının casusluğa qarşı qurumu açıqlayıb.

Yarı rəsmi ILNA xəbər agentliyinin dərc etdiyi bəyanata görə, hakimiyyət şəbəkə üzvlərinin maddi mükafat qarşılığında İsrailin Mossad kəşfiyyat agentliyi üçün İran barədə “vacib” informasiya yığdığını bildirir.

Mossad-a nəzarət edən İsrail Baş Nazirinin idarəsi isə həbslər haqda şərh verməkdən imtina edib.

Qrup üzvləri həmçinin İrana qarşı şüarlar və propaqanda yaymaqda şübhəli bilinir, bəyanatda vurğulanır.

Həmin şəxslərin sabotaj və silahlı əməliyyat üzrə təlim keçdiyi bildirilsə də, buna dəlil göstərilməyib.

Saxlanılanlardan müasir elektron avadanlıq, SIM kartlar, mobil telefonlar götürüldüyü xəbər verilir.

İran regionda əzəli rəqibi İsraili nüvə tədqiqat obyektlərinə sabotaj cəhdlərində, kiberhücumlarda, nüvə alimlərinin qətlində ittiham edir.

Ermənistan Hindistandan PUA və digər silahlar almaq niyyətindədir - Hindistan mətbuatı

Ermənistan-Adani Müdafiə və Aerokosmik şirkətin Sky Striker hücum pilotsuz təyyarəsi, arxiv foto

Bu məqsədlə ötən ay Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti alınacaq silahların siyahısı ilə Hindistanda olub

İrəvan Dehlidən hərbi pilotsuz uçan aparatlar (PUA) və digər silahlar almaq niyyətindədir. Bu məqsədlə ötən ay Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti alınacaq silahların siyahısı ilə Hindistana olub. Bu barədə Hindistanın ticarət və iqtisadi mərkəzi Mumbay şəhərinin ingilisdilli dövri nəşrlərindən biri olan "DNAIndia" yazıb.

DNA, Hindistan, screenshot, 22 iyul 2022
DNA, Hindistan, screenshot, 22 iyul 2022

Nəşr Ermənistanın Hindistandan konkret hansı PUA-ları, hansı silahlar almasına, bu silahlara nə qədər pul xərcləmək niyyətinə aydınlıq gətirməyə çalışıb.

Məsələn, Hindistan uzun müddətdir ki, döyüş PUA-ları və onlarla mübarizə vasitələrinin yaradılması üzərində işləyir. Bu məqsədlə Hindistan şirkətləri son illərdə xüsusilə İsraillə əməkdaşlıq edirlər. 2019-cu ildə İsrail-Hindistan şirkəti Adani Defence & Aerospace təsis edilib.

“DnaIndia” adının çəkilməsini istəməyən erməni rəsmisinə istinadən yazır ki, son Qarabağ müharibəsi İrəvanı hərbi ehtiyaclarına yenidən baxmağa məcbur edib. Nəşr qeyd edir ki, müharibə Rusiya hərbi texnikasının Türkiyə silahlarına, xüsusilə Bayraktar pilotsuz aparatlarına qarşı nə qədər yararsız olduğunu göstərdi.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Noyabrın 8-də isə Şuşa şəhəri işğaldan azad edilib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azatutyun (AzadlıqRadiosunun erməni xidməti) radiosu yuxarıdakı suallara cavab almaq üçün Ermənistanın hərbi idarəsinə müraciət edib. Departamentdən hələ ki, cavab verilməyib.

44 günlük müharibədən sonra nəzərəçarpacaq dərəcədə intensivləşən Ermənistan-Hindistan münasibətlərində hərbi əməkdaşlıqdan söhbət iyul ayında açıq şəkildə başlayıb.

İyulun əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Hindistan Xarici İşlər Nazirliyinin Qərb şöbəsinin katibi Sanjay Vermanı qəbul edib və o, Yerevanda tərəflərin müdafiə sahəsində uzunmüddətli əməkdaşlığa sadiq olduğunu bəyan edib.

“Biz müdafiə sahəsində əməkdaşlığın konkret yollarını axtarmağa başladıq. Biz bu sahədə uzunmüddətli əməkdaşlıq yollarını axtarırıq. Biz ticarət və iqtisadiyyatda irəli gedə biləcəyimiz məhsulların, sektorların və alt sektorların müəyyən edilməsi prosesinə başlamışıq. İkitərəfli investisiya çatışmazlığı var. Hindistan sənayesini və iş adamlarını Ermənistana sərmayə qoymağa təşviq etmək mənim, hökumətimizin borcudur, çünki imkanlar və potensial böyükdür”, - Sanjay Verman bildirib.

Hindistan (sol) və Ermənistanın xarici işlər nazirləri, arxiv foto
Hindistan (sol) və Ermənistanın xarici işlər nazirləri, arxiv foto

Hindistan rəsmisi söhbətin hərbi sahədə hansı əməkdaşlıqdan getdiyini dəqiqləşdirməyib. Erməni tərəfi də izahat verməkdən yayınıb. Azərbaycanla müharibədən əvvəl, 2020-ci ilin martında Hindistan mətbuatı yazırdı ki, Ermənistan hökuməti Rusiya, Polşa və Hindistanın hərbi sənaye şirkətlərindən sonuncunu seçib və Dehli artilleriya istiqamətini müəyyən etmək üçün İrəvanı dörd ən yeni Svati radarı ilə təmin etməlidir.

50 km mənzilli və ümumi dəyəri 40 milyon ABŞ dolları olan mərmi və müxtəlif raketlər Hindistan ordusuna ilk dəfə 2018-ci ildə verilib.

Rəsmi mənbələr Ermənistanın bu radarları alıb-almadığı barədə sussalar da, "DnaIndia" bu sövdələşmənin baş tutduğunu yazır.

Ermənistanın xarici işlər naziri və Hindistanın baş naziri, Ermənistan, arxiv foto
Ermənistanın xarici işlər naziri və Hindistanın baş naziri, Ermənistan, arxiv foto

Bir ildən az müddətdə Hindistan və Ermənistan xarici işlər nazirləri artıq üç dəfə görüşüblər. Görüşlərdən biri ötən ilin oktyabrında Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın Yerevana səfəri çərçivəsində baş tutub.

Sonuncu görüş isə 2022-ci ilin aprelində Mirzoyan Hindistanda üç günlük işgüzar səfərdə olarkən baş tutub və bu səfər zamanı onu ölkə başçısı, baş nazir Narendra Modi də qəbul edib.

DST rəhbəri meymunçiçəyinin yayılmasından narahatdır

Meymun çiçəyi virusu, pozitiv. İlustrasiya

Dünya Səhiyyə Təşkilatının (DST) Baş katibi Tedros Qebreyesus iyulun 23-də meymunçiçəyinin yayılması ilə bağlı ictimai səhiyyə sahəsində beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyəti elan edib.

DST-nin son məlumatlarına görə, may ayından bəri 70-ə yaxın ölkədə bu xəstəliyə 16 mindən çox yoluxma qeydə alınıb.

Həm heyvanlara, həm də insanlara təsir edən və simptomlarına görə çiçək xəstəliyinə bənzəyən bu xəstəlik adətən bir qədər yüngül formada keçir. Xəstəlik yüksək hərarət, əzələ ağrısı, xarakterik səpgi və qaşınma halları ilə müşahidə olunur. Bunun xüsusi müalicəsi yoxdur, meymunçiçəyi adətən 2-4 həftə ərzində öz-özünə keçib gedir. Amma bu xəstəlikdən ölüm halları da qeydə alınıb.

Qebreyesusun sözlərinə görə, DST komitəsinin üzvləri hazırkı epidemiyanın beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı razılığa gələ bilməyiblər. Bu baxımdan qərarı təşkilatın rəhbəri kimi şəxsən onun özü verib.

Eyni zamanda, o vurğulayıb ki, yoluxma riskləri qeyri-bərabərdir - Avropada dünyanın digər hissələri ilə müqayisədə daha yüksəkdir.

Qebreyesusun drdiyinə görə, onun fövqəladə vəziyyət elan etməsi hökumətlərin müəyyən tədbirlər görəcəyi anlamına gəlmir, lakin bu, peyvənd və peyvənd istehsalı üçün maliyyənin artırılmasına təkan verə bilər.

Meymunçiçəyi ilk dəfə 1958-ci ildə aşkarlanıb. 2022-ci ilin may ayına qədər əksər yoluxma halları Afrikada qeydə alınıb, lakin mayda xəstəlik Avropada sürətlə yayılmağa başlayıb.

Xəstəliklərin böyük əksəriyyəti başqa kişilərlə cinsi əlaqədə olan 18-50 yaş arası kişilərdir. Meymunçiçəyi xəstəliyinin qarşısını 1970-ci illərin sonuna qədər doğulanların hamısına vurulan çiçək peyvəndi alır.

Risk qrupları üçün istifadə olunan meymunçiçəyinə qarşı birbaşa peyvənd də var.

Bu arada COVID-19-a yoluxma halları yenidən artmaqdadır. Amma ölüm hallarının sayı pandemiyanın ilk dövrü ilə müqayisədə daha aşağı səviyyədə qalır.

Rusiya Odessa limanını vurduğunu etiraf edib, amma...

Ukrayna, 23 iyun 2022

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova və Rusiya Müdafiə Nazirliyi şənbə günü dünyada böyük rezonansa səbəb olan Odessa limanına raket hücumu etiraf ediblər.

Lakin onlar hədəfin hərbi obyektlər olmadığını deyiblər. Zaxarova Telegram kanalında Rusiyanın “Kalibr” raketlərinin Ukrayna hərbi gəmisini vurduğunu bildirib.

“Kalibr” raketləri Odessa limanının hərbi infrastrukturunu dağıdıb, Ukrayna hərbi katerini Kiyev rejiminin sevdiyi ünvana dəqiq zərbə ilə göndərib"

Rusiya Müdafiə Nazirliyi ilk dəfə zərbənin vurulmasından bir gündən çox sonra şərh verib. Agentliyin məlumatına görə, “Odessa dəniz limanında, gəmiqayırma zavodunun ərazisində yüksək dəqiqlikli raketlər Ukraynaya məxsus hərbi gəmini və “Harpun” raketlərinin anbarını məhv edib”.

Bundan əvvəl Rusiya Dövlət Televiziyasının jurnalisti və Dövlət Dumasının deputatı Yevgeni Popov BBC-nin "Newshour" proqramına deyib ki, Rusiyanın hədəfi limandakı raket sistemləri olub. Amma Popov qayıq, Zaxarova isə raket sistemlərini haqqında danışmayıb.

Raket hücumundan az sonra Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya tərəfinin hücumla heç bir əlaqəsi olmadığına əmin olduğunu bildirmişdi. Amma hələ Rusiya nümayəndələrinin son bəyanatlarını şərh etməyib.

Odessa limanı ‘Kalibr’lə vurulub-Kiyev Rusiyanı taxıl müqaviləsini pozmaqda ittiham edir

Ukraynanın yaydığı məlumata görə, iyulun 23-də Rusiya raketləri taxıl ixracı müqaviləsinin açarı olan Odessa limanını vurub.

Ukrayna Cənub Əməliyyat Komandanlığının teleqram kanalında yayılan məlumata görə, Rusiya "Odessa dəniz ticarət limanına "Kalibr" qanadlı raketləri ilə hücum edib".

"İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, iki raket isə limanın infrastrukturuna düşüb" deyə məlumatda vurğulanır. Yerli teleqram kanalları da partlayışdan sonra limanda yanğın başladığını yazıblar.

Ukrayna tərəfi Rusiyanı Qara dəniz limanlarından taxıl ixracı ilə bağlı İstanbulda imzalanmış müqavilələri pozmağa çalışmaqda ittiham edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko hücumu şərh edərkən bildirib ki, Rusiyanın iyulun 22-də İstanbulda imzaladığı sənəddə BMT və Türkiyəyə verdiyi razılaşma və vədləri şübhə altına almaq üçün bir gündən az vaxt lazım olub.

“Rusiyanın raketi Vladimir Putinin razılığa gəlməsi üçün böyük səylər göstərən və Ukraynanın minnətdar olduğu BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzünə tüpürdüyü tüpürcəkdir” Nikolenko Facebook-da yazıb.

Ukrayna limanlarından taxıl ixracı ilə bağlı razılaşma imzalandı
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Kiyev Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dənizin üç limanından təhlükəsiz ixracının bərpasına dair razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinin vacibliyinə diqqət çəkir. Hadisəyə Avropa İttifaqı (Aİ)xarici işlər komissarı Jozep Borrel də reaksiya verib.

-Aİ Rusiyanın Odessa dəniz limanına raket zərbəsini kəskin şəkildə pisləyir. İstanbul sazişlərinin imzalanmasından bir gün sonra taxıl ixracı üçün mühüm əhəmiyyət kəsb edən hədəfin vurulması xüsusilə qınaq obyektidir və Rusiyanın beynəlxalq hüquq və öhdəliklərə tamamilə məhəl qoymadığını bir daha nümayiş etdirir.-Jozep Borrel bildirib.

İyulun 22-də Rusiya və Ukrayna, hazırda müharibə nəticəsində Ukraynada yığılıb qalmış milyonlarla ton taxılın Qara dənizdən keçərək ixrac edilməsinə və qlobal ərzaq böhranının aradan qaldırılmasına kömək edən razılığa gəliblər.

Ukrayna dünyanın ən böyük buğda, qarğıdalı və günəbaxan yağı ixracatçılarından biridir, lakin Rusiyanın ölkəyə müdaxiləsi və dəniz limanlarının blokadası daşımaları dayandırıb.

Razılaşmaya əsasən, Ukrayna rəsmiləri gəmiləri minalı sular vasitəsilə təhlükəsiz kanallar vasitəsilə Odessa da daxil olmaqla, taxılla yüklənəcək üç limana aparacaqdı.

İmzalanmış sənədlərə əsasən, Qara dənizdə Ukraynanın üç limanı -Odessa, Çernomorsk və Yujnı blokadadan çıxarılmalıdır. Rusiya Ukraynaya hücum edəndən bəri həmin limanları blokadaya alıb.

Co Baydendə koronovirusun ‘yüngül simptomları’ olub

Co Bayden

ABŞ prezidenti Co Baydendə COVID-19-un yüngül forması olub. Ağ Ev bildirir ki, xəstəliyin getdikcə daha az simptomları müşahidə olunub və prezident yaxşı əhval-ruhiyyədədir.

Bayden cümə günü özünün baş iqtisadi məsləhətçiləri ilə virtual olaraq görüşüb, bir gün sonra götürülən test nümunəsi pozitiv göstərib. Qeyd olunur ki, görüşdə Co Baydenin boğuq səsi olub və iqamətgahındakı bir toplantıda danışarkən arabir öskürüb.

Qazın qiymətinin aşağı salınması ilə bağlı tədbirlərin müzakirəsi zamanı o, “mən özümü səsimdən qat-qat yaxşı hiss edirəm” deyib.

Ağ Evin həkimi Kevin O'Connor tərəfindən bir gün əvvəl yayımlanan bəyanatda Baydenin xəstəliyinin əsas əlamətlərinin burun axması, yorğunluq və arabir quru öskürək olduğu bildirilib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre isə cümə günü günortadan sonra jurnalistlərə Baydenin sağaldığını və virusun "çox yüngül simptomlarının olduğunu" deyib.

"Amerikanın Səsi" yazır ki, sözçü deyib ki, xəstəliyin yüngül siptomlarla müşahidə olunmasına prezidentin ikiqat peyvənd və ikiqat revaksinasiya, həmçinin Paxlovid ilə müalicəsi səbəb olub.

Mətbuat katibi prezidentin dəqiq harada koronavirusa yoluxduğunun bəlli olmadığını deyib. Amma o əlavə edib ki, son vaxtlar prezidentlə 17 nəfər, o cümlədən yüksək vəzifəli məmurlar və Konqres üzvləri görüşüblər.

Ancaq Karine Jean-Pierre indiyədək bu insanların heç birində COVİD-19-a yoluxma halının aşkarlanmadığını vurğulayıb.

Rusiya Ukraynanın bir neçə şəhərini raket atəşinə tutub, həlak olanlar var

Ukrayna

Şənbə günü, iyuln 23-də Rusiya Ukraynanın Kirovoqrad vilayətinə raket atıb. Nəticəsində ən azı bir hərbçinin və elektrik yarımstansiyasının iki mühafizəçisinin həlak olduğu və 9 əsgərin yaralandığı bildirilir.

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviç məlumat verib.

Daha əvvəl elə Raykoviçə istinadən məlumat yayılıb ki, Rusiya qoşunları səhər saatlarında Kropivnitski istiqamətində 13 qanadlı raket atıblar, nəticədə infrastruktur obyektlərinə, o cümlədən Kanatovo hərbi aerodromuna və Ukrayna Dəmir Yollarının obyektlərindən birinə ziyan dəyib.

Şənbə günü gecə və səhər tezdən Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərinə, xüsusən Xarkov və Mikolayevə də raket zərbələri endirib.

Şəhər meri İqor Terexov şəhərin mərkəzi rayonlarına bir neçə güclü zərbə endirdiyini bildirib.

Vilayət administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, Osnovyanski rayonu da vurulub. Bir nəfərin həlak olduğu xəbər verilir.

Nikolaev vilayəti administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, şənbə günü səhər saat 04:20 radələrində Rusiya şəhərə altı S-300 raketi ilə hücum edib. Onun dediyinə görə, raketlərin bir hissəsi şəhərin kənarına düşüb. Gələn məlumatlara görə, Rusiya Dnepropetrovsk vilayətinin iki rayonunu - Nikopol və Krivorojskini də atəşə tutub. Zərbələr nəticəsində qaz xətti və elektrik şəbəkəsi zədələnib.

Rusiya hakimiyyəti isə Ukrayna ərazisində mülki hədəflərə zərbələr endirilməsi ilə bağlı iddiaları həmişə təkzib edib.

Rusiya fevralın 24-də Ukraynaya hərbi təcavüz edib və bu təcavüz hələ də davam etməkdədir.

Litva Kalininqrada dəmir yolu tranzitini bərpa edib

Litva ərazisində Rusiyaya məxsus qatarlar, 22 iyun 2022

Litva Kalininqradla (Rusiyanın eksklavı) Rusiyanın digər əraziləri arasında yüklərin dəmir yolu ilə daşınmasına qoyulan qadağanı ləğv edib.

Bu barədə RİA Novosti Litva Dəmir Yollarının nümayəndəsi Mantas Dubauskasa istinadən məlumat yayıb.

Avropa Komissiyasına görə, Kalininqrad vilayətinə yüklərin tranzitinə qoyulan qadağa yalnız avtomobil nəqliyyatına aiddir. Dəmir yolu ilə icazə verilən materialların - beton, taxta və spirtin daşınması "lazımi nəzarətin həyata keçirilməsi şərtilə" mümkündür.

Hərbi yüklərin və ikili təyinatlı məhsulların daşınması bütün nəqliyyat növləri ilə qadağandır.

Litva Rusiyanın tikinti materialları və metallarının qurudan tədarükünü qadağan edən AB sanksiyalarının iyunun 17-də daxil olmasından sonra tranzitini qadağan edib. Rusiya Litvanı məhdudiyyətləri aradan qaldırmasa, "sərt cavab tədbirləri" ilə hədələyib. Müxtəlif mənbələrə görə, qadağa tranzit yüklərin 15%-dən yarısına qədər təsir edib. Aİ-nin dördüncü sanksiyalar paketinə əsasən, iyunun 17-dən Rusiyaya qara metalların və poladın idxalı, iyulun 10-dan odun, sement və spirt, avqustun 10-dan kömür və digər bərk yanacaq növlərinin idxalı qadağan edilib.

Dekabrın 5-dən isə neftin idxalına qadağa qoyulub. Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb və bu hələ də davam edir.

Rusiyanın təcavüzünə cavab olaraq Avropa İttifaqı artıq Rusiyaya qarşı yeddi sanksiya paketi qəbul edib.

‘Panama arxivi’ işində məlumat verən şəxs: Putin ABŞ üçün Hitlerdən daha təhlükəlidir

Putin və dollar, kombo foto

2015-ci ildə “Panama Arxivi” adlanan materialları jurnalistlərə ötürən anonim şəxs ilk dəfə müsahibə verib.

Digər məsələlərlə bağlı o, Rusiya prezidentinin adını çəkərək, onun ətrafının əvvəllər ofşor şirkətlərə yerləşdirdiyi pulların indi Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə olunduğunu deyib.

Almaniyanın “Der Spiegel” nəşrinin iki jurnalistinin götürdüyü müsahibə müxtəlif ölkələrdən jurnalistləri bir araya gətirən beynəlxalq araşdırma layihəsi olan OCCRP-nin saytında dərc olunub.

Onlarla layihə jurnalisti bir-biri ilə əməkdaşlıq edərək 2016-cı ildə Panama sənədlərində yer alan məlumatlar əsasında çoxlu materiallar dərc ediblər. Söhbət Rusiya da daxil olmaqla, onlarla ölkədən çoxsaylı iş adamları, siyasətçilər, ictimai xadimlər və məşhurların müştəriləri olan Massack Fonseca-nın arxivindən gedir.

Əsl adını hələ də açıqlamayan həmin şəxs Rusiya prezidenti Vladimir Putini zamanında “Birləşmiş Ştatlar üçün təhlükə olan Hitlerdən daha böyük təhlükə” sayır. Jurnalistlərlə söhbətində həmin şəxs ofşor şirkətlərin Rusiya ordusunu necə maliyyələşdirdiyini dəqiq açıqlamayıb.

O, Putinin dostu adlandırdığı violonçel ifaçısı Sergey Rolduginin də adını çəkib. “Panama arxivi”ndən belə nəticə çıxır ki, onun adına olan ofşor şirkətlər vasitəsilə daha böyük məbləğlər köşürülüb.

Məlumatlı mənbə hesab edir ki, Qərb ölkələri səylərini Putinin ətrafının ofşor aktivlərinin açıqlanmasına yönəltməlidir. O, bu tapşırığı “Manhetten layihəsi” (ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı atom bombası yaratmaq layihəsi) ilə müqayisə edərək, bunun üçün imkanların olduğunu, lakin kifayət qədər siyasi iradənin olmadığını qeyd edib. O qeyd edib ki, Qərb hökumətləri yaxtalar kimi simvolik aktivlərə diqqət yetirməməli, ofşor sahiblərinin açıqlanmasına başlamalıdır.

Putin və bir sıra yüksək rütbəli Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onların ofşorda aktivləri yoxdur. Faktiki olaraq bütün Rusiya rəhbərliyi indi Qərbin sanksiyaları altındadır.

Ukraynadakı Rusiya ordusu üçün dron aldığına görə həbs cəzası

Arxiv fotosu

Ukrayna və Avropa İttifaqının bir çox ölkələri Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstəyi kriminallaşdırıb

Tallində məhkəmə ikili Rusiya-Estonoya vətəndaşlığı olan şəxsi Ukraynadakı Rusiya ordusu üçün açıq şəkildə pul yığaraq dron aldığına görə məhkum edib.

İyulun 21-də Harju rayon məhkəməsi 43 yaşlı Vladimir Şilova cəza olaraq dörd aylıq həbs, daha səkkiz aylıq şərti cəza və dörd il sınaq müddəti kəsib. O, xarici ölkəyə təcavüzü dəstəkləməkdə təqsirli bilinib.

Məhkəmə Şilovla yanaşı daha iki təqsirləndiriləni – İlya Ruslan Qolembovskini dronların alışını maliyyələşdirməkdə təqsirli bilib, hərəsinə dörd ay həbs, 20 aylıq sınaq müddəti təyin edib.

Şilov mayın 28-də Estoniya-Rusiya sərhədini Ukraynadakı Rusiya silahlı qüvvələri üçün aldığı üç dronla keçərkən saxlanıb.

Rusiya fevralın 24-də Ukraynaya qarşı səbəbsiz işğala başlayandan sonra Şilov Prezident Vladimir Putini və müharibəni sosial şəbəkələrdə açıq dəstəkləyib, Rusiya əsgərləri üçün dron almaqdan ötrü onlayn ianə kampaniyası başladıb, bunu “əsgərlərimizə dəstək hərəkəti” adlandırıb.

Ukrayna və Avropa İttifaqının bir çox ölkələri Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstəyi kriminallaşdırıb.

Rusiya “qeyri-dost ölkələr”in siyahısını genişləndirir

Mixail Mişustin

Hökumətin mətbuat xidməti bildirir ki, adı çəkilən ölkələrin səfirlikləri işçi sayını azaltmalı olacaqlar

Rusiya Xorvatiya, Danimarka, Yunanıstan, Slovakiya və Sloveniyanı “Rusiya şirkətləri və vətəndaşlarına qarşı qeyri-dost hərəkətləri edən” ölkələr siyahısına salıb.

Baş nazir Mixail Mişustinin qərarı iyulun 22-də imzalayıb.

Hökumətin mətbuat xidməti bildirir ki, adı çəkilən ölkələrin səfirlikləri işçi sayını azaltmalı olacaqlar.

“Yunanıstanın 34-dən, Danimarkanın 20-dən, Slovakiyanın 16-dan çox işçisi ola bilməz. Sloveniya və Xorvatiyaya diplomatik missiyaları və konsulluqlarına Rusiya vətəndaşlarını işə götürmələrinə icazə verilməyəcək”, – mətbuat xidməti bildirib.

Qərb və bir çox digər ölkələr Rusiyanın fevralın sonunda Ukraynanı işğal etməyə başlamasını pisləyib. Prezident Vladimir Putin martın əvvəlində “qeyri-dost ölkələr”in reyestrini hazırlamaq göstərişi verib.

Siyahıya ABŞ, Kanada, Britaniya, Ukrayna, Sinqapur, Yaponiya, bir sıra digər ölkələr daxildir.

Davamı

XS
SM
MD
LG