Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24

ABŞ Senatı Loretta Lynch-i baş prokuror kimi təsdiq etdi

ABŞ-ın ilk qaradərili baş prokuroru Loretta Lynch

Lynch ABŞ-ın ilk qaradərili baş prokuroru olacaq.

ABŞ Senatı cümə axşamı günü Loretta Lynch-i Barack Obama-nın növbəti baş prokuroru kimi təsdiq edib.

Beləliklə, baş prokuror məsələsindəki qeyri-müəyyənlik aradan qaldırılıb.

Loretta Lynch Senat tərəfindən təsdiq olunması üçün özündən əvvəlki 7 baş prokurorun hamısının birlikdə gözlədikləri vaxtdan çox – 5 ay gözləməli olub.

Onun namizədliyi Senatda 56-43 nisbətində qəbul edilib.

Səsvermədəki nisbət çox sayda respublikaçının Loretta Lynch-in namizədliyini qəbul etmədiyini göstərir.

Onlar Lynch-in Obama tərəfindən ötən noyabrda verilmiş sərəncamı dəstəkləməsinin səbəblərini sual edirdilər.

Onların fikrincə, Obamanın sərəncamı milyonlarla sənədsiz mühacirin deportasiyasına mane olub.ABŞ Senatı Loretta Lynch-i baş prokuror kimi təsdiq etdi

ABŞ Senatı cümə axşamı günü Loretta Lynch-i Barack Obama-nın növbəti baş prokuroru kimi təsdiq edib.

Beləliklə, baş prokuror məsələsindəki qeyri-müəyyənlik aradan qaldırılıb.

Loretta Lynch Senat tərəfindən təsdiq olunması üçün özündən əvvəlki 7 baş prokurorun hamısının birlikdə gözlədikləri vaxtdan çox – 5 ay gözləməli olub.

Lynch ABŞ-ın ilk qaradərili baş prokuroru olacaq.

Onun namizədliyi Senatda 56-43 nisbətində qəbul edilib.

Səsvermədəki nisbət çox sayda respublikaçının Loretta Lynch-in namizədliyini qəbul etmədiyini göstərir.

Onlar Lynch-in Obama tərəfindən ötən noyabrda verilmiş sərəncamı dəstəkləməsinin səbəblərini sual edirdilər.

Onların fikrincə, Obamanın sərəncamı milyonlarla sənədsiz mühacirin deportasiyasına mane olub.

XS
SM
MD
LG