Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:10

İrandan Azərbaycana 33 kq narkotik keçirilməsinin qarşısı alınıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

MTN İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana 32.8 kq narkotik maddə keçirmək cəhdlərinin qarşısının alındığı barədə məlumat yayıb. Ümumilikdə 9 nəfər saxlanılıb.

MTN-in ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, Azərbaycan vətəndaşı Qabil Abbasov saxlanılıb, onun avtomobilinin baqajında 220 qram heroin, 1 kq 700 qram tiryək, 4 kq 337 q həşiş və 7 kq 300 q marixuana aşkar edilib.

Başqa bir əməliyyat nəticəsində yenə Azərbaycan vətəndaşları Əlikram Ağayev, Tahir Əhmədov, Ümid Nuriyev saxlanılıb. Onlardan 9 kq 900 qram tiryək götürülüb.

MTN-in daha bir əməliyyat-axtarış tədbiri nəticəsində «İran-Azərbaycan» marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşları - Etibar Əsədov, Toğrul Həsənov, Anar ƏliyevAnar Nəcəfov saxlanılıb. Onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana götürülüb.

Daha bir saxlanılmış şəxs – Vurğun Məlikovdan 1 kq 500 q tiryək aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri açılıb, yuxarıda adı çəkilən şəxslər həbs edilib.

XS
SM
MD
LG