Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:08

Avropa Oyunları dövründə şəxsi maşınlardan istifadəyə məhdudiyyətlər ləğv olundu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 21-də Bakı şəhər İcra Hakimiyyəti bildirib ki, bir müddət əvvəl Avropa Oyunları zamanı (12-28 iyun) şəxsi nəqliyyatdan istifadəyə qoyulmuş qadağa ləğv edilir.

Bu haqda contact.az yazıb.

Söhbət bir müddət əvvəl tətbiq edilmiş, paytaxtın əsas yolları boyunca vətəndaşlara veriləcək buraxılış sistemindən gedir. Həmin dövrdə buraxılışı olmayan avtomobil sahiblərinə şəhərdə hərəkət qadağan edilmişdi.

Bakı şəhər İcra Hakimiyyəti bildirib ki, idman tədbirlərinin həyata keçirildiyi yerlərdə maşınların yalnız xüsusi ayrılmış yerlərdə park edilməsinə icazə verilib. Bu qaydanı pozan hər kəs cərimə olunacaq.

Bu dəyişikliklərin səbəbi açıqlanmır.

contact.az yazır ki, əvvəlki qayda qüvvədə qalsaydı, bir çox idman həvəskarları avtomobilləri olmadan stadionlara gedə bilməzdilər və deməli, tədbirlər tamaşaçısız keçiriləcəkdi.

XS
SM
MD
LG