Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

Britaniya qaz yataqlarını Rusiya milyarderinin əlindən alır


Mikhail Fridman
Mikhail Fridman

Britaniya məhkəməsinin qərarına müvafiq olaraq rusiyalı milyarder Mikhail Fridman Şimal dənizindəki qaz yataqlarını altı ay müddətində satmalıdır.

Britaniya məhkəməsinin qərarına müvafiq olaraq rusiyalı milyarder Mikhail Fridman Şimal dənizindəki qaz yataqlarını altı ay müddətində satmalıdır.

Onun “LetterOne” qrupu bu yataqları Almaniyanın RWE şirkətinin neft-qaz qolunun mülkiyyəti olaraq almışdı.

Britaniyanın Energetika Nazirliyi Rusiya üzərinə qoyulmuş sanksiyalara görə bu qaz mədənlərində istehsalın dayana biləcəyindən narahatdır.

Bundan əvvəl cənab Fridman icbari satışa görə Londonu məhkəməyə verməklə hədələmişdi.

Britaniya nazirliyi bildirib ki, qarşıdan gələn üç ay ərzində mədənlərin sahibliyi dəyişməzsə qaz çıxarılmasına verilmiş lisenziya ləğv olunacaq.

Fridmanın mülkiyyətində olan mədənlər Britaniya qaz istehlakının 3-5 faizini verir.

Ekspertlər bildirirlər ki, “Forbes” jurnalının zənginlər siyahısında 68-ci olan Fridman-ın bu mədənləri hazırkı neft və qaz qiymətləri şəraitində kiməsə satması sadə olmayacaq.

XS
SM
MD
LG