Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:55

Bank işçilərinə iş qaldırıldı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Baş Prokurorluq «Parabank» ASC-nin Masallı rayon şöbəsinin sabiq əməkdaşları ilə bağlı araşdırmaya başlayıb.

Baş Prokurorluğunun aprelin 20-də yaydığı məlumata görə, şöbə müdiri və bir neçə əməkdaşın qanunazidd əməlləri aşkar edilib.

İstintaq iddia edir ki, bank işçiləri kredit müqavilələri üzrə girovun təminatı qismində qiymətli metal adı ilə saxta əşyaları qablaşdıraraq və girov qismində alınan qiymətli metalların qiymətini şişirdərək rəsmi sənədlərə yalan məlumatlar yazıblar. Bununla da «Parabank»a 127 min manat ziyan vurublar.

Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlayıb.

XS
SM
MD
LG