Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:55

«525-ci qəzet»: «Rusiya qazın qiymətini iki dəfə qaldırır»


«Ayna» qəzeti xəbər verir ki, dekabr ayının birinci ongünlüyündə ABŞ hakimiyyətinin bir qrup yüksək vəzifəli rəsmisindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Vaşinqtondakı mənbələrdən «Ayna»ya verilən məlumata görə, məqsəd Azərbaycan hakimiyyətini ölkədə demokratik islahatlara, söz azadlığının və insan hüquqlarının təmin edilməsinə dəvət etməkdir. Məlumata görə, nümayəndə heyətinə ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid rəhbərlik edəcək. Eyni zamanda, onun rəhbərliyi altında Dövlət Departamentinin, Pentaqonun bir sıra nümayəndələri Azərbaycana təşrif buyuracaqlar. Qəzetə verilən məlumata görə, Birləşmiş Ştatlar Azərbaycanın mövcud siyasi və iqtisadi durumundan narahatlığını açıq büruzə verməyə hazırlaşır.


«525-ci qəzet» dəki «Rusiya qazın qiymətini iki dəfə qaldırır» başlıqlı məqalədə bildirilir ki, dünən Rusiyanın «Qazprom» şirkəti 2007-ci ildə Gürcüstana mavi yanacağın hər min kub metrinin qiymətini hazırkı 110 dollardan 230 dollara qaldıracağını elan edib. Düzdür, «Qazprom» rəsmiləri hələlik bunun son qiymət olmadığını və konkret rəqəmin Gürcüstan tərəfi ilə danışıqlardan sonra ortaya çıxacağını bildiriblər. Bununla belə, Moskvanın qışın yaxınlaşması ilə yenidən enerji rıçaqlarını işə salması təkcə onunla gərgin münasibətlərdə olan Gürcüstan üçün deyil, Rusiyadan qaz idxal edən bütün ölkələr, o cümlədən, Azərbaycan üçün də mənfi nəticələr vəd edir. «Qazprom»un dünənki qərarına Tbilisi rəsmilərinin münasibəti ümumən soyuqqanlı olub. Gürcüstanın İqtisadi İslahatlar naziri Kaxa Bendukidze Rusiyanın addımının bazar iqtisadiyyatı prinsiplərini deyil, siyasi maraqları ifadə etdiyini bildirərək, ölkəsinin bu vəziyyətdən çıxış yolu tapacağını deyib. Çıxış yoluna gəldikdə isə, gürcü rəsmiləri bu xüsusda ilk növbədə Azərbaycana ümid bəsləyirlər. Söhbət həm Azərbaycandan qaz alınması, həm də Azərbaycan ərazisi ilə İrandan qaz idxalı imkanlarından gedir.


«Yeni Müsavat» qəzetindəki «2006-cı ildə sülh ili olmadı» başlıqlı məqalədə bildirilir ki, beynəlxalq vasitəçilərin, Qərb çevrələrinin 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə olan ümidləri boşa çıxmaq üzrədir. İlin yekunlaşmasına cəmi iki ay var və artıq bəllidir ki, 2006 Qarabağ münaqişəsinə dair sülh müqaviləsinin imzalandığı il olmayacaq. İlk baxışdan paradoks kimi görünsə də, bu, həm də Azərbaycanın təslimçi sülhdən hələlik yaxa qurtarması deməkdir. Müəllif yazır ki, tərəflərin mövqeləri arasında heç bir uzlaşmanın olmadığı vaxtda Əliyevlə Koçaryanın görüşü ilin sonunadək baş tutsa belə, nəticənin olacağına inam yoxdur. Başqa sözlə, «qızıl pəncərə»nin bağlanmaq üzrə olduğunu demək mümkündür. Gələn il isə Ermənistanda seçki ilidir. Eləcə də 2008-ci ildə hər iki ölkədə seçkilər olacaq. Bu baxımdan Azərbaycanın təslimçi sülhdən hələlik yaxa qurtardığı görünür. Eyni zamanda, hadisələrin gözlənilməz inkişafını da istisna etmək və təhlükənin sovuşduğunu demək, düzgün olmazdı.


«Əgər mə­lu­mat ya­yı­lır­sa ki, Ru­si­ya­nın bir ne­çə vi­la­yə­tin­də «quş qri­pi» ilə bağ­lı prob­lem­lər var, tə­bii ki, biz bu­na ha­zır ol­ma­lı­yıq. Ar­tıq bu is­ti­qa­mət­də mo­ni­to­rinq­lər apa­rı­lır. Ça­lı­şı­rıq ki, bu ha­di­sə baş ve­rər­sə, o, tez vaxt­da mü­əy­yən­ləş­di­ril­sin və az it­ki ilə də hə­min yer­də lo­kal­laş­dı­rıl­sın. Və «quş qri­pi»nin ya­yıl­ma­sı­nın qar­şı­sı alın­sın». Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər na­zi­ri Hü­seynqulu Ba­ğı­rov belə deyir. «Şərq» qəzeti yazır ki, na­zi­rin söz­lə­ri­nə gö­rə, Azər­bay­can əra­zi­sin­də iq­lim şə­rai­ti­nin yax­şı ol­ma­sı bir çox hal­lar­da kö­çə­ri quş­la­rın qış­la­maq üçün öl­kə­mi­zə üz tut­ma­sı­na sə­bəb olur. Ötən il Qa­za­xıs­tan­da ha­va so­yuq keç­di­yi­nə gö­rə, bu öl­kə­də qış­la­yan quş­lar Azər­bay­ca­na gə­lib­lər. Öl­kə əra­zi­si­nə «quş qri­pi»nin də hə­min quş­lar va­si­tə­si ilə keç­di­yi­ni vur­ğu­la­yan na­zir, bu il be­lə bir və­ziy­yə­tin ya­ra­nıb-ya­ran­ma­ya­ca­ğı­nı tam mü­əy­yən­ləş­dir­mə­yin çə­tin ol­du­ğu­nu de­yib. Bu­nun­la be­lə, o, hər han­sı prob­lem­lə­rin ya­ran­ma­ma­sı üçün əv­vəl­cə­dən zə­ru­ri təd­bir­lər gö­rül­dü­yü­nü də bil­di­rib.


XS
SM
MD
LG