Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:41

“Der Spiegel”: İD-i Saddam-ın kəşfiyyat zabiti yaradıb


Tikritdə İD-in bayrağı üstündə İraq bayraqları.
Tikritdə İD-in bayrağı üstündə İraq bayraqları.

Jurnal yazır ki, İslam Dövlətinin strukturu barədə 31 səhifəlik məxfi sənədi əldə edib.

Almaniyanın “Der Spiegel” məcmuəsi yazır ki, İslam Dövləti təşkilatının Suriyanın şimalını işğal etməsinin və bu təşkilatının yüksəlişinin arxasında keçmiş İraq diktatoru Saddam Hussein-in keçmiş kəşfiyyat zabiti durur.

Jurnal yazır ki, İslam Dövlətinin strukturu barədə 31 səhifəlik məxfi sənədi əldə edib.

Sənədin Samir Abd Muhammad al-Khlifawi adlı polkovnikə aid olduğu bildirilir. O Saddam Hussein-nin hava hücumundan müdafiə kəşfiyyatına rəhbərlik edib və kəşfiyyatçı ayaması “Hacı Bəkir” olub.

Spiegel yazır ki, bu planda Suriyanın şimal hissəsinin zəbt edilməsi texniki xırdalıqlarına qədər göstərilir.

Polkovnikin 2014-cü ildə Suriya qiyamçıları ilə döyüşdə öldürüldüyü bildirilir.

Bu da bildirilir ki, 2010-cu ildə İslam Dövləti təşkilatının başına Abu Bakr al-Baghdadi-ni gətirən də Hacı və onun kəşfiyyat zabitlərindən ibarət qrupu olub.

Iraq jurnalisti Hisham al-Hashimi deyib ki, Bəkir islamçı yox, ərəb millətçisi olub.

XS
SM
MD
LG