Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 03:26

Rusiya Yunanıstanla qaz anlaşması xəbərlərini təkzib edir


arxiv foto

-
Rusiya qaz boru xəttinə dair Yunanıstanla saziş imzalamağa yaxın olduğu barədə Almaniyanın “Der Spiegel” jurnalının yaydığı məlumatı təkzib edib.

Jurnalın Yunanıstanın rəhbər Syriza partiyasındakı mənbəyə istinadən yaydığı xəbərə görə, sözügedən saziş aprelin 21-də imzalanacaq. Saziş imzalanarsa, Yunanıstanın boşalmış dövlət büdcəsi 5 milyard avro əldə edə bilər.

Lakin Kremlin sözçüsü Dmitri Peskov xəbəri təkzib edib. Belə bir razılaşmanın olmadığını söyləyib. Bildirib ki, Yunanıstanın baş naziri Alexis Tsipras bu ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşərkən ölkəsinə maliyyə yardımı göstərilməsini xahiş etməyib.

XS
SM
MD
LG