Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:39

Dünya çempionatına ev sahibliyinə hazırlaşan Rusiyanın futbolunda rasizim problemi


rasizm
rasizm

-
Rusiyada futbol azarkeşləri yeni nasizm simvolları tərtib ediblər. Onlar Şimali Qafqazda olan oyunlara yönəlik nəğmə söyləyirlər. Xuliqanlar qatarda dərisi ağ olmayanlara hücum edirlər.

“Fəaliyyət vaxtıdır: Rusiya futbolunda diskriminasiya faktları” adlı bu günlərdə açıqlanan hesabatda 2012-2014-cü illərdə Rusiya futbol azarkeşlərinin 200-ə qədər irqçiliklə əlaqəli törətdiyi hadisə qeydə alınıb.

Hesabatı irqçiliklə əlaqəli olayları monitorinq edən, Moskvada yerləşən Sova Mərkəzi və futbolda diskriminasiya halları ilə mübarizə aparan beynəlxalq “Fare Network” təşkilatı hazırlayıb.

Bu, 2018-ci ildə Dünya Futbol Çempionatına ev sahibliyi etməyə hazırlaşan bir ölkədə rasisizm problemlərini göstərir.

Aprelin 5-də Moskvada keçirilən matçda azarkeşlər nasizm bayrağı qaldırandan sonra FİFA-nın rəhbəri Sepp Blatter Twitter hesabında yazıb ki, burda (Rusiyada-red.) 2018-ci ilə qədər çox iş görülməlidir.

“ORTADA PLAN YOXDUR”

Rusiya - 2018-ci il Dünya Kuboku
Rusiya - 2018-ci il Dünya Kuboku

Dünya Çempionatına 3 il qalmasına baxmayraq, Moskva futbolda rasizmlə mübarizə aparmaq üçün kiçik bir addım atıb.

“Hələ bir plan yoxdur”, - “Fare Network”-un Şərqi Avropa üzrə rəsmisi Pavel Klymenko deyib. O bu məsələlərlə bağlı Rusiya İdman Nazirliyi və Futbol Birliyinə məsləhət verməyə hazır olduğunu söyləyir:

“Demək istəyirəm ki, problemi həll edəcək konkret plan yoxdur. Çox ilkin addımlar var - simvolik addım deyə bilərik”.

2010-cu ilin dekabrında Dünya Çempionatına sahiblik Rusiyaya veriləndən bəri ölkənin Futbol Federasiyası, Daxili İşlər Nazirliyi, hökumət irqçi davranışlar nümayiş etdirən bir çox azarkeşi yüksək məbləğli cərimə edib, oyunlara baxmağa qadağa qoyub.

ƏN NARAHAT KLUB TORPEDO

Elə bu mövsüm, Rusiyanın Premier Liqasında xüsusilə narahat klub olan Torpedo rasisizm davranışlara görə bir neçə yüz min rubl cərimə olunub.

​Torpedo həm də meymun nəğməsi, rasizim təhqirləri və faşizm bayrağı qaldırılması ilə bağlı yaranmış insidentlərə görə ayrıca da cəza alıb: öz meydanında keçirəcəyi 5 oyunu azarkeşsiz oynamalıdır. Bundan başqa, azarkeşlər rəqib komandada qaradərili oyunçuları təhqir edəndən sonra onlar öz meydançalarında 3 oyunu bağlı qapılar arxasında oynamalı olub.

Sova Mərkəzinin sədr müavini Natalya Yudina deyir ki, görülən tədbirlər kifayət deyil, o əlavə edir ki, aşağı liqalarda rasizmə görə cəzalandırma mexanizmi yoxdur.

Sova Mərkəzi və “Fare Network”un hesabatı bird aha Rusiya hakimiyyətini və FİFA-nın diqqətini bu məsələlərə çəkmək istəyir.

NAZİR NARAHATDIR

Aprelim 8-də Rusiyanın idman naziri Vitaly Mutko R-Sport saytında bildirib ki, FIFA “hər şeyi monitorinq edir”. O, sayta şərhində Torpedo-nu “Rusiyanın imicini pozduğu üçün” söyüb:

“Dünya Kubokunda bilet satış sistemi, nəzarət fərqlidir, azarkeşlərin strukruru fərqlidir, bundan başqa ölkəyə bir milyona qədər xarici qonaq gələcək. Buna baxmayaraq, biz futbolda gərginlik yaratmaqla məşğuluq”, - o deyib.

Nazir əlavə edib ki, azarkeşlərlə də işləmək lazımdır.

Martın 30-da Rusiya Futbol Federasiyası elan edib ki, yeni anti-rasizim inspektoru təyin edilib. İnspektor “xüsusilə təhlükəli” oyunlarda monitorinq qruplar yerləşdirəcək və bu tip məsələləri koordinasiya edəcək. Bu vəzifənin tapşırıldığı Aleksei Tolkachev Tass news agentliyinə deyib ki, yəqin onun konkret funksiyaları aprelin sonuna qədər müəyyənləşəcək.

TƏRBİYƏYƏ TƏHSİLDƏN BAŞLAMALI

Sova və Fare təşkilatları onu də tövsiyyə edirlər ki, uzun müddətli və anti-rasizim planına “məktəblərdə və universitetlərdə futbolun beynəlxalq mədəniyyət vasitəsi olduğu anlayışını ehtiva edən proqramın tədrisi də salınsın”.

arxiv foto
arxiv foto

Moskvanın “Spartak” komandasının azarkeşləri kimi yaxşı tanınan, amma indi dağılmış “Flint’s Crew”-nun təsisçici Vadim Sidorov da bu təklifə səs verib:

“Maarifləndirmə işinə daha ciddi yanaşmaq lazımdır. Əgər adamlar problemin mahiyyətini anlamasalar, nə qədər polis olsa da, onlar öz bildiklərini edəcəklər”.

“Fare Network”-un Şərqi Avropa üzrə rəsmisi Pavel Klymenko bildirib ki, maarifləndirmə işinin müsbət nəticəsi hökumətdə və futbol qurumlarında mütərəqqi təcrübədən asılıdır.

Hərçənd, futbol qurumları və milli azarkeş qrupları arasında xətlərin tez-tez qarışması faktları da var. Məsələn, tanınmış futbol məşqçisi Andrei Tikhonov “Ağ güc” adlı köynək geyinmiş qadınla şəkil çəkdirib.

KONFRANS GÖZLƏNİR

Rusiya Futbol Federasiyasının sözçüsü Yevgeny Dzichkovsky deyib ki, hökumət, futbol qurumları, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə iyul ayında konfrans keçiriləcək. Konfransda rasizm probleminin həll edilməsi üçün əlavə vasitələrin tapılması ilə bağlı müzakirələr olacaq.

Dzichkovsky deyib ki, hökumət bu məsələyə çox ciddi yanaşır:

“Hər kəs Dünya Kuboku oyunlarını səbirsizliklə gözləyir”.

Onun sözlərinə görə, oyunlar Rusiyanın düzənlədiyi kimi keçiriləcək, “xuliqanların” istədiyi kimi yox.

2018-Cİ İL - ƏLA FÜRSƏT

“Flint’s Crew”-nun təsisçici Vadim Sidorov onu xatırladır ki, 90-cı illərdə azarkeşlər böyük çəkmə geyinir, başlarını qırxdırırdılar:

“Amma indi onların sayı azdır”, deyə Sidorov əlavə edir:

“Siz hər yerdə axmaq adam tapa bilərsiz, onlara qarşı da tədbir görülür. Biz vəhşi ölkə deyilik”.

Ancaq Sova və Fare kimi ictimai təşkilatlar 2018-ci ilə irəliyə doğru addım atmaq üçün böyük fürsət kimi baxırlar. “Biz bu məsələlərlə bağlı işləməliyik”, - Sova Mərkəzinin sədr müavini Natalya Yudina deyir:

“Əlbəttə, kimsə buna diqqət yetirməsə, hər şey olduğu kimi də davam edəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG