Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 21:09

Konstitusiya Məhkəməsi kredit borcları ilə bağlı məhkəmələrə müraciət etdi


Konstitusiya Məhkəməsi

-

Konstitusiya Məhkəməsi məhkəmələrə müraciət edib. Müraciətdə manatın devalvasiyasından sonra kredit borclarının hansı məzənnə ilə qaytarması ilə bağlı şikayətlərə və icraatda olan işlərə baxılmasını dayandırmağa çağırıb.

Konstitusiya Məhkəməsi bildirir ki, bu məsələyə mayın 7-də aydınlıq gətiriləcək.

«Konstitusiyaya əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər» - deyə KM-in cavabında bildirilir.

Məlumatı AZƏRTAC yayıb.

Bu il fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat təxminən 33 faiz dəyərdən salınıb.

Bundan sonra ombudsman Elmira Süleymanova və Göyçay rayon Məhkəməsi Mülki Məcəllənin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG