Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 21:44

Bashar Assad Türkiyəni ittiham edib


Bashar al-Assad

Suriya prezidenti Bashar al Assad ötən ay ölkənin şimal-qərbindəki İdlib şəhərinin İslam Dövləti yaraqlıları tərəfindən zəbt edilməsinə görə Türkiyəni günahlandırıb.

O aprelin 17-də İsveç mətbuatında dərc olunan müsahibəsində bildirib ki, Suriya ordusunun şəhəri əldən verməsində, Türkiyənin hərbi dəstəyi əsas rol oynayıb.

Türkiyə hökuməti Assadın ittihamını rədd edir.

Türkiyə ilə sərhəddə yerləşən bu şəhər hazırda İslam Dövləti yaraqlılarının nəzarətindədir.

İdlib 4 illik müharibədə Susiyada işğal edilən ikinci əyalət paytaxtıdır.

Raqqa şəhəri də 2013-cü ildən yaraqlıların əlindədir.

Mötədil Suriya müxalifətinin liderləri isə Bashar Assadı İslam Dövləti yaraqlıları ilə sövdələşmədə ittiham edirlər.

Onların fikrincə, bunun arxasında mötədil üsyançıları zəiflətmək durur.

XS
SM
MD
LG