Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

Ukraynada Rusiya yönlü jurnalist qətlə yetirilib


Oles Buzina
Oles Buzina

Yerli və beynəlxalq media Buzinanı Ukraynanın tarixinə və bu gününə dair ziddiyyətli yazıların müəllifi, qatı Rusiyapərəst jurnalist kimi təqdim edir.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitıəsi (The Committee to Protect Journalists) Ukraynada “Segodnya” internet qəzetinin keçmiş redaktoru Oles Buzina-nın qətlinin motivlərini araşdırmağa və qatilləri tapmağa çağırıb.

Buzina öz evinin yaxınlığında iki maskalı şəxs tərəfindən güllələnib.

Qatillər qaçıb aradan çıxa biliblər.

Ukrayna Daxili İşlər Naziliyi qətllə əlaqədar cinayət işi qaldırıldığını bildirib.

Yerli və beynəlxalq media Buzinanı Ukraynanın tarixinə və bu gününə dair ziddiyyətli yazıların müəllifi, qatı Rusiyapərəst jurnalist kimi təqdim edir.

Ukrayna hakimiyyət orqanları bildiriblər ki, Buzina həm də 2014-cü ildə Yanukovych hökumətinin muzdluları ilə Maydan tərəfdarları arasındakı toqquşmaları araşdıran təhqiqatın şahidi idi.

XS
SM
MD
LG