Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 15:34

Çexiyanın keçmiş baş naziri 45 yaşında vəfat edib


Stanislav Gross

Çexiyanın keçmiş baş naziri Stanislav Gross 45 yaşında Praqada vəfat edib.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, o son illər nadir və müalicəsi olmayan mərkəzi əsəb sisteminin pozulmasından əziyyət çəkirmiş.

Gross 2004-cü ildə, 34 yaşında Çexiyanın tarixində ən gənc baş nazir olub.

O həmin vaxt Sosial-demokrat partiyasının sədri idi.

Amma Gross 9 aydan sonra bahalı mənzili olması ilə bağlı yaranmış qalmaqala görə, istefa verməli oldu.

XS
SM
MD
LG