Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 22:47

Azərbaycan cüdoçuları 4 medal qazanıb


Foto illüstrasiya

-

Yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışında Azərbaycan millisi 4 medal qazanıb.

İbrahim Bayramlı (50 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 55 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medallara sahib olublar.

Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq, turniri 5-ci pillədə başa vurublar.

Turnir Çexiyanın Teplitse şəhərində keçirilib. Avropa kuboku uğrunda 33 ölkədən 687 cüdoçu mübarizə aparıb.

XS
SM
MD
LG