Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:57

-

Goranboyda 21 yaşlı gənc minaya düşüb.

ANS-in məlumatına görə, hadisə Goranboyun Zeyvə kəndində qeydə alınıb.

Kənd sakini Nurlan Kərimov səhər saatlarında yoldaşlarıyla birgə yabanı bitki toplamaq üçün təmas xəttinə yaxınlaşıb. Minalanmış əraziyə yaxınlaşan zaman partlayış baş verib. Nəticədə Nurlan Kərimov yaralanıb. Yaralı artıq təhlükəli ərazidən çıxarılıb.

Hadisənin aprelin 15-də səhər saatlarında baş verdiyi bildirilir.

Ərazi qarşı tərəfdən müşahidə olunduğuna görə, 21 yaşlı Nurlan Kərimovu bir müddət yaralandığı yerdən çıxarmaq mümkün olmayıb. Yaralını hərbçilərin köməyi ərazidən uzaqlaşdırmaq mümkün olub.

Yaralı Gəncə şəhərinə aparılıb.

XS
SM
MD
LG