-
Azərbaycanın 35 hərbçidən ibarət qrupu Əfqanıstana gedib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, qrup NATO-nun 2015-ci ilin yanvarından həyata keçirdiyi yeni «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan silahlı qüvvələrini əvəzləyəcək.
Azərbaycanın Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycanın Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.