Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 05:53

Obama İraqa 200 milyon dollar təklif edir


Haider al-Abadi (solda) və Barack Obama mətbuat konfransında

-

ABŞ prezidenti Barack Obama İraqa İslam Dövləti (İD) silahlılarının didərgin saldığı adamlara humanitar yardım formasında 200 milyon dollar təklif edir. Ancaq İraqın baş naziri Haidar al-Abadi daha geniş hərbi dəstək istəyirdi.

Obama Abadi ilə aprelin 14-də Ağ Evdə görüşüb. Obama deyib ki, İD-ə görə əziyyət çəkən ailələrə və uşaqlara Birləşmiş Ştatlar dəstək verməlidir. Obama həmçinin ABŞ-ın dəstəklədiyi İraq qüvvələrinin İD-ə qarşı əldə etdiyi uğurları alqışlayıb.

ABŞ prezidenti bildirib ki, müttəfiqlər İD silahlılarının geri oturdulmasında “ciddi uğur əldə edirlər”. O, Abadi-yə İraq hökumətini proseslərə daha çox cəlb etdiyi üçün təşəkkürünü bildirib.

Obama-nın sözlərinə görə, İraq və ABŞ koalisiyası İD-nin tutduğu ərazinin dörddə birini geri alıb, ancaq silahlı qruplaşmanın məğlub edilməsi prosesi hələ uzun çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG