Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:05

İraq “İslam Dövləti ərazisinin” dördə birini geri alıb


Pentaqondan verilən xəbərlərdə deyilir ki, İslam Dövləti adlanan təşkilat, nəzarətində olan torpaqların dörddə birini itirib.

Pentaqondan verilən xəbərlərdə deyilir ki, ötən avqustda İraqda ABŞ-ın rəhbərliyi altında koalisiyanın hava zərbələri başlanandan bəri İslam Dövləti adlanan təşkilat, nəzarətində olan torpaqların dörddə birini itirib.

Pentaqonun sözçüsü polkovnik Steve Warren vəziyyətdə həlledeci dönüşün yarandığını deməyin hələ tez olduğunu söyləsə də, əlavə edib ki, “heç şübhəsiz İraq quru qüvvələri İD-ə ağır zərbə endirib”.

İD İraq və Syriyada iri torpaq ərazilərini ötən ilin iyununda ələ keçirib.

Bu bəyanat ABŞ prezidenti Barack Obama ilə İraq baş nazirinin Ağ Evdə keçiriləcək görüşünün ərəfəsində verilib.

İraq baş naziriHaider al-Abadi ABŞ koalisiyasının hava zərbələrini intensivləşdirməsini istəyir.

Pentaqon xəbər verir ki, cəbhə xətti istər Ərbil, Babil və Bağdad, istərsə də Kərkük istiqamətində İraq qoşunlarının xeyrinə dəyişib.

Hərbi ekspertlər bildirirlər ki, hava zərbələri İD-ə qarşı güclü silah olsa da, torpaq üstündə ərazilərin geri qaytarılması İraq qoşunlarının hərəkiliyindən asılıdır.

Polkovnik Warren deyib ki, Tikrit şəhərinin cihadçılardan tezliklə tam təmizlənəcəyi gözlənilir.

Cənab Abadi hazırda İD-in Anbar vilayətindəki ərazilərinə hücum hazırlandığını elan edib.

Pentaqon bildirib ki, Suriyada qüvvələr nisbəti dəyişməz olaraq qalıb.

XS
SM
MD
LG