Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 08:18

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “KamAZ” markalı ilk avtomobil buraxılıb.

APA-nın məlumatına görə, zavodda keçirilən tədbirdə Azərbaycanda səfərdə olan Tatarıstan prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin və zavodun əməkdaşları iştirak edib.

Tədbirin sonunda Tatarıstan prezidenti konveyerdən çıxan ilk “KamAZ” avtomobilini sınaqdan keçirib.

2015-ci ilin fevralında “Gəncə Avtomobil Zavodu” İB ilə Rusiyanın “KamAZ” ASC arasında bu avtomobillərin Azərbaycanda yığılması ilə bağlı uzun müddətli müqavilə imzalanıb.

Zavod ildə 1500 avtomobil buraxa bilər.

Müqaviləyə görə ilkin mərhələdə Gəncə Avtomobil Zavodunda müxtəlif modeldə 31“KamAZ” markalı avtomobil buraxılması nəzərdə tutulur.

İlin sonunadək isə zavodda “KamAZ” avtomobillərinin sənaye yığımı üçün ayrıca yeni sex açılması planlaşdırılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG