Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:56

Azərbaycanda internet ucuzlaşacaq


Azərbaycanda regional DATA-mərkəzin istismara verilməsi internet xidmətlərinin qiymətlərinin aşağı düşməsinə imkan yaradacaq. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, regionda ən iri məlumat-işləmə mərkəzinin istismara verilməsi bir çox dünya internet nəhənglərinə, sosial şəbəkə operatorları və digər beynəlxalq kampaniyalara yerli ofislər açmağa imkan verəcək:

“DATA-mərkəzdə quraşdırılan serverlər trafik generasiyasını sürətləndirəcək ki, bu da istifadəçilərin kontentə çıxışını asanlaşdıracaq, internet xidmətlərinin ucuzlaşmasına xidmət edəcək”.

Azərbaycanda regional DATA-mərkəz bu ilin iyun ayında istifadəyə veriləcək.

XS
SM
MD
LG