Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:46

Almaniya çıxdaşa verdiyi 100 tankı xidmətə qaytarır


Leopard 2 tankları Polşada keçirilən təlimdə.
Leopard 2 tankları Polşada keçirilən təlimdə.

Almaniya ehtiyata qoyduğu döyüş tanklarını yenidən xidmətə qauytarırır.

Hərbi ekspertlər 100-dək tankın xidmətə qaytarılmasını Ukrayna böhranına görə artan Rusiya təhlükəsi ilə əlaqələndirirlər.

Bu tanklar Soyuq Müharibənin başa çatdığı vaxtlarda metal qırıntısı kimi istifadə üçün ağır sənayeyə satılmışdı.

Almaniyanın Müdafiə Nazirliyi bildirib ki, silahlı qüvvələrdəki tankların sayını 328-ə çatdırmaq üçün 24 milyon dollar xərcləyəcək.

Bu da qeyd olunur ki, “yeni” tanklar NATO-nun Şərqi Avropada yaradılmaqda olan çevik reaksiya avanqard qüvvələrində istifadə oluna bilər.

Almaniyanın Müdafiə Nazirliyi 100 ədəd Leopard 2 tanklarının geri qaytarılması barədə “Der Spiegel” məcmuəsinin verdiyi xəbəri təsdiq edib.

Almaniya özünün tank birləşmələrinin modernizasiyasına 2017-ci ildə başlamağı planlaşdırır.

Soyuq Müharibənin sonunda Almaniya öz tanklarının sayını 35-0-dən 225-ə endirməyi qərar almışdı.

XS
SM
MD
LG