Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Pakistan Yəmən məsələsində neytral qaldı


Pakistanın müdafiə naziri Khawaja Asif

Pakistan parlamenti Yəməndəki bütün fraksiyaları münaqişəni dinc yolla həll etməyə çağıran və İslamabadın bu məsələdə neytral mövqe tutmasını nəzərdə tutan qətnamə qəbul edib.

Parlament 1 həftə idi ki, bu məsələni müzakirə edirdi.

Səudiyyə Ərəbistanı müttəfiqi olan Pakistanı Yəməndə şiə yaraqlılarına qarşı mübarizə aparan hərbi koalisiyaya qoşulmağa çağırmışdı.

Bu koalisiyaya Səudiyyə Ərəbistanı rəhbərlik edir.

Şiələrdən ibarət Huti qrupy Yəmənin paytaxtı Sanaa və ölkənin bir sıra əyalətlərini zəbt edib.

Koalisiya qüvvələri yaraqlıların mövqelərinə havadan zərbələr endirirlər.

Ölkə prezidenti Mansor Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Ərəb ölkələri hesab edir ki, Huti qrupunun arxasında İran Durur.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG