Özbəkistan prezidenti İslam Kərimovun andiçmə mərasimi keçirilib.
Aprelin 10-da parlamentdə keçirilən mərasimdə Konstitusiya məhkəməsinin sədrli, nazirlər kabinetinin üzvləri və xarici diplomatlar iştirak ediblər.
77 yaşlı Kərimov martın 29-da keçirilən prezident seçkisində 90 faiz səs toplayıb.
Bu onun prezident kimi 4-cü müddətidir.
Ölkə konstitusiyasına görə isə 1 nəfər iki müddətdən artıq prezident ola bilməz.
ATƏT seçkilərin pozuntularla keçirildiyini deyir.