Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Həyat yoldaşını avtobusda öldürən ər həbs edilib


Foto illüstrasiya

-

Aprelin 8-də avtobusda həyat yoldaşını qətlə yetirən şəxs həbs edilib.

Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə aprelin 8-də axşam saat 20:50-də 135 №-li avtobusda baş verib. 53 yaşlı Namiq Məmmədov 49 yaşlı həyat yoldaşı Fatma Şəmiyevanı bıçaqla qətlə yetirəndən sonra qaçıb. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

N.Məmmədov sonrada Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi əməli boynuna alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG