-
Aprelin 8-dən 9-dək ABŞ rəhbərlik etdiyi koalisiya Suriyadakı İslam Dövləti (İD) silahlılarına yeddi hava zərbəsi endirib.
ABŞ ordusu bildirib ki, Kanada da ilk dəfə olaraq zərbələrdə iştirak edib.
Yayılan bəyanatda deyilir ki, İD maşınları, bir şəhərcik və Əl Həsəka, Ər Rəqqa və Kobanidəki mövqelər ziyan çəkib.
Eyni zaman kəsimində İraqdakı İD mövqelərinə 12 hava zərbəsi endirilib.