Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:37

Ayətullah Khamenei deyib ki, Qərblə yekun sazişinə təminat yoxdur


Ayətullah Ali Khamenei
Ayətullah Ali Khamenei

İranın ali rəhbəri ayətullah Ali Khamenei deyib ki, dünyanın 6 supergücü ilə İran arasında nüvə proqramına dair yekun sazişin imzalanacağına təminat yoxdur.

İran yekun sazişinin imzalandığı birinci gündən BMT-nin, ABŞ və Avropa İttifaqı sanksiyalarının qaldırılmasını istəyir.

ABŞ və digər Avropa ölkələri isə sanksiyaların mərhələ-mərhələ ləğv edilməsinə tərəfdardırlar.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu qənaətdədir ki, sanksiyalar bütün hallarda dərhal qaldırılmalıdır.

Təhlilçilər bildirirlər ki, istər ABŞ, istərsə də İran rəsmiləri öz ölkələrindəki mühafizəkar elementləri sazişin faydasına inandırmağa çalışırlar.

Khamenei deyib ki, ola bilsin, “yalan danışan adamlar sazişin təfərrüatları məsələsində Tehranı aldatmağa çalışırlar”.

Ali rəhbər bildirib ki, o, Amerikaya inanmasa da, bu danışıqlara və çərçivə sazişinin imzalanmasına şəxsən razılıq verib.

XS
SM
MD
LG