Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 06:02

Köçkünlərin binası uçub


Foto illüstrasiya

-

Mingəçevirdə 14 məcburi köçkün ailəsinin məskunlaşdığı binada uçqun baş verib.

Şəhər icra hakimiyyətinin şöbə müdiri Rəsul Paşayev AzadlıqRadiosuna bildirib ki, aprelin 8-dən 9-na keçən gecə «Mingəçevir Regional Elektrik Şəbəkəsi» MMC-nin keçmiş inzibati binasında divarda və çardaq hissədə uçqun qeydı alınıb: «Bir neçə kərpic düşüb, deyildiyi kimi bina uçmayıb. Amma hadisənin nədən baş verdiyi hələ məlum deyil. Mingəçevir salınanda tikilən binadır. Hazırda yerli fövqəladə hallat nazirliyinin əməkdaşları ərazidədirlər».

Birmərtəbəli binada 15 məcburi köçkün ailəsi yerləşib. Olay zamanı xəsarət alan olmayıb.

Yerli televiziya xəbər verir ki, 1941-ci ildə çiy kərpicdən tikilən və qəzalı vəziyyətdə olan bina istismar müddətini 1994-cü ildə başa vurub.

XS
SM
MD
LG