Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:32

Azərbaycanda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinə başlanılıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt şəhərində 12 000 kvadratmetr ərazidə 80 minədək daşınmaz əmlakı bazar qiymətlərinə uyğun kütləvi qiymətləndirib.

apa-nın məlumatına görə, bunu jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

«Hal-hazırda biz daşınmaz əmlakın bazar məlumatlarının reyestr sistemini yaradırıq və ilin axırına kimi həmin sistem dövlət qurumlarının, özəl qurumların və vətəndaşların istifadəsinə veriləcək», - R.Cəlilov deyib.

Sədr müavininin sözlərincə, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinin əhəmiyyəti bütün əmlakları bir mərkəzdən və mütərəqqi üsullarla vahid standartlara uyğun qiymətləndirilməsindən ibarətdir.

«Kütləvi qiymətləndirmə subyektivlikdən kənar, obyektiv şəkildə aparılır. Yəni, söhbət kompüter proqramı əsasında kütləvi qiymətləndirmədən gedir», - deyə o bildirib.

R.Cəlilov əlavə edib ki, kütləvi qiymətləndirmə bazasından banklar ipoteka kreditlərinin verilməsi zamanı istifadə edə bilərlər.

Azərbaycanda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi Dünya Bankının vasitəsilə həyata keçirilir.

XS
SM
MD
LG