Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Aprelin 13-də Berlində Ukrayna münaqişəsi müzakirə olunacaq


Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 13-də Ukrayna, Almaniya və fransalı həmkarları ilə görüşəcəyini deyir.

Görüşdə Ukraynanın şərqində atəşkəs razılaşmasının həyata keçirilməsi müzakirə olunacaq.

Rusiya informasiya agentliklərinin məlumatına görə, görüş Berlində keçiriləcək.

Atəşkəs razılaşması bu ölkələrin vasitəçiliyi ilə bu il aprelin 12-də Minskdə əldə olunub.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

ABŞ və Avropa ölkələri Ukrayna böhranına görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG