FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Son 4 həftədə keçirilən oyunlardan sonra siyahıda bir sıra dəyişikliklər olub.
Azərbaycan millisi son reytinqdə 24 pillə irəliləyərək 264 xalla 115-ci yerə qalxıb.
Ötən ay 198 xalla 139-cu olan Azərbaycan yığmasının irəliləməsinə səbəb AVRO-2016-nın seçmə mərhələsində Malta üzərində (2:0) qələbə olub.
24 pilləlik sıçrayış millinin tarixində ən böyük addımdı.
Azərbaycan millis ivə qonşuları.
111 (112). Liviya - 281
111 (121). Sent-Kitts və Nevis - 281
113 (113). Namibiya - 279
114 (116). Kanada - 277
115 (139). AZƏRBAYCAN – 264
116 (119). Sent-Vinsent və Qrenadin - 262
117 (118). Keniya - 258
118 (107). Dominikan Respublikası - 257
119 (114). Niger - 252
120 (115). Mavritaniya - 246
İlk onluq.
1 (1). Almaniya – 1687
2 (2). Argentina – 1490
3 (4). Belçika – 1457
4 (3). Kolumbiya – 1412
5 (6). Braziliya – 1354
6 (5). Hollandiya - 1301
7 (7). Portuqaliya – 1221
8 (9). Uruqvay – 1176
9 (12). İsveçrə - 1135
10 (11). İspaniya – 1132