Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:04

Putin Yunanıstanı Türk axını layihəsinə qoşulmağa çağırıb


Vladimir Putin və Alexis Tsipras
Vladimir Putin və Alexis Tsipras

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yunanıstanın Türk axını layihəsinə qoşulması Cənubi Avropa ölkələrini qitənin enerji mərkəzinə çevirə bilər.

O aprelin 8-də Moskvada Yunanıstanın baş naziri Alexis Tsiprasla görüşdə bildirib ki, Rusiya Türk axını layihəsinin Balkandan Yunanıstana və hətta İtaliyaya genişləndirilməsi də daxil olmaqla Yunanıstanla birgə layihələrdə iştiraka hazırdır.

Putin həmçinin qeyd edib ki, Tsipras səfər zamanı Rusiyadan maliyyə yardımı istəməyib, amma əmindir ki, Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan ayrılan təxminən 265 milyard dollarlıq borcu bağlaya bilər.

Putin qeyd edib ki, Yunanıstanın Türk axını kimi Rusiya ilə birgə layihələrdə iştirakı Afinanın bu krediti ödəməsinə kömək edə bilər.

Tsipras isə ölkəsinin Türk axını layihəsinin genişləndirilməsinin mümkünlüyünü araşdırmaqda maraqlı olduğunu deyib.

XS
SM
MD
LG