Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:23

Fərəc Kərimli: «Bu şahid 100-dən çox adamın üzünə durub»


Fərəc Kərimli
Fərəc Kərimli

-

«Bu şahid 100-dən çox adamın üzünə durub».

Bunu məhkəmədə Müsavat başqanının müavini Fərəc Kərimli şahid kimi dindirilən Dərgah Quliyevin ünvanına deyib.

Fərəc Kərimli ilə bağlı növbəti məhkəmə prosesi aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Məlumatı AzadlıqRadiosuna Fərəc Kərimlinin vəkili Nemət Kərimli verib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə iş üzrə sonuncu iki şahid ifadə verib.

Şahidlərdən Quliyev Dərgahın ifadəsində kifayət qədər ziddiyyətli məqamlar ortaya çıxıb. Onun özü də etiraf edib ki, indiyə qədər 2-3 məhkəmədə hal şahidi kimi iştirakçı olub.

Təqsirləndirilən Fərəc Kərimli isə iddia edib ki, həmin şahid 100-dən çox insanın işində hal şahidi qismində iştirak edib.

Fərəc Kərimli özünü pis hiss etdiyindən ifadəsini növbəti məhkəmə prosesində verəcəyini bildirib.

Məhkəmə aprel 15-dək təxirə salınıb.

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də barəsində üç aylıq həbs qərarı çıxarılıb. Nərimanov rayon Məhkəməsi dekabrın 21-də həbs müddətini daha 2 ay uzadıb.

O, narkotik maddə saxlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.

Fərəc Kərimli ilə yanaşı, onun qardaşı Sirac Kərimli də eyni ittihamla həbs olunub. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. «Amnesty International» təşkilatı qardaşları «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG