Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:59

Ermənistanda müxalifət təşkilatının liderləri həbs edilib


Foto arxiv

Ermənistanda müxalifətdə olan Təsis Parlamentinin liderləri və üzvləri həbs edilib.

Təsis Parlamenti tərəfdarlarını aprelin 24-də ölkədə kütləvi etirazlara çağırıb.

Bundan sonra polis təşkilatın öfizi və liderlərinin evlərində axtarış aparıb.

Təsis Parlamentinin fəalları aprelin 7-də liderləri Garegin Chugaszian və daha 4 lider və ya üzvlərinin həbs edildiyini bildiriblər.

Ermənistanın istintaq kommitəsi təşkilatın 4 üzvünün saxlanmasını təsdiqləyib.

Onlar ölkədə kütləvi hərc-mərclik salmağa hazırlaşmaqda ittiham olunurlar.

Amma komitə Chugaszianın həbsini hələlik təsdiqləmir.

Komitənin məlumatına görə aprelin 7-də təşkilatın Gümrü şöbəsinin liderinin evindənəl qumbarası tapılıb.

Ermənistan aprelin 24-də iddia etdiyi “erməni soyqırımı”-nın 100 illiyini qeyd etməyə hazırlaşır.

Təsis Parlamenti isə həmin gün ölkədə kütləvi etirazlar təşkil etməyə hazırlaşır.

Ermənisdan Osmanlı imperiyası dövründə 1 milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG