Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:41

İran Asiya Bankına qəbul olundu... Azərbaycan gözləyir


AIIB təmsilçiləri Çin prezidenti Xi Jinping (ortada) ilə görüşdə
AIIB təmsilçiləri Çin prezidenti Xi Jinping (ortada) ilə görüşdə

-

Çin mediası bildirir ki, İran Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) təsisçi üzv kimi qəbul olunub. Banka Çin rəhbərlik edir.

Xinhua agentliyi aprelin 7-də yazıb ki, bankın 26 üzvü Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) də təsisçi üzv kimi qəbul etməyə razılıq veriblər. Bu bankın üzvləri sırasında Britaniya, Fransa, Almaniya, Hindistan, İsveçrə və İtaliya da var.

Qazaxıstan, Tacikistan və Özbəkistan bankın təsisçi üzvləridir.

Rusiya, Qırğızıstan, Azərbaycan və Gürcüstanın banka üzv olmaq ərizələri ilə bağlı hələ qərar verilməyib.

Birləşmiş Ştatların AIIB-ə qoşulması gözlənilmir.

Bu banka Dünya Bankı, Asiya İnvestisiya Bankı kimi oturuşmuş təsisatların mümkün rəqibi kimi baxılır.

Ancaq Dünya Bankının sədri Jim Yong Kim aprelin 7-də deyib ki, AIIB-i inkişaf edən dünyada “böyük yeni oyunçu” kimi alqışlayır.

XS
SM
MD
LG