Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:57

Ukrayna bütün əsirlərin qaytarılması ilə bağlı məlumatı təkzib edib


Markiyan Lubkivsky
Markiyan Lubkivsky

Ukrayna hakimiyyəti bütün əsirlərin qaytarılması ilə bağlı rusiyapərəst separatçıların məlumatını təkzib edib.

Donetsk separatçıları bazar ertəsi daha 16 əsiri Ukrayna tərəfinə verib.

Onlar Debaltseve və Donetsk hava limanı uğrunda gedən döyüşlər zamanı əsir düşmüşdülər.

Bu məlumatı Ukrayna prezidenti Petro Poroşenko və müdafiə nazirliyi də təsdiqləyib.

Amma Ukrayna təhlükəsizlik xidmətinin müşaviri

Markiyan Lubkivsky onların sonuncu əsirlər olması barədə separatçıların məlumatını təkzib edib.

Kiyev hesab edir ki, hələ də separatçıların əlində 400-dək əsir var.

Lubkivsky həmçinin Ukrayna tərəfində 1379 əsir olması barədə separatçıların məlumatını rədd edir.

Bu il fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs sazişinə görə, tərəflər ağır silahları cəbhə xəttindən geri çəkməli və bütün əsirləri başabaş dəyişdirməlidirlər.

XS
SM
MD
LG