Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 14:06

Üstündə alma şəkli olan saatı Apple İsveçrədə sata bilmir


Apple Watch

Apple Watch saatlarının İsveçrədə satışı ilin sonuna kimi təxirə salına bilər. Buna səbəb müəllif hüquqlarıdır.

Reutersin məlumatına görə, 1985-ci ildə İsveçrədə “Leonard” saat şirkətinə patent verilib ki, İsveçrədə “Leonard”dan başqa heç kim üstündə alma şəkli olan saat sata bilməz.

Patentin müddəti 2015-ci ilin dekabrında bitir.

İndi Apple ya öz saatının üstündə məşhur alma işarəsini götürməlidir ya da ilin sonunu gözləməlidir.

Apple-in yeni ağıllı saatları aprelin 24-də 9 ölkədə satışa çıxacaq. Həmişə ilk 9 ölkə sırasında olan İsveçrə bu dəfə siyahıda yoxdur.

XS
SM
MD
LG